Avropa səfərindən duyğulu an...
20.02.2024 [12:20]
Bir neçə ay bundan öncə oğlumla Avropaya səyahət etdik. Bu əsrarəngiz səfərin ən maraqlı anını paylaşmağın düşünürəm ki, vaxtı indidir.
Füsunkar Romada tarixi yerləri ziyarət etdikdən sonra daha rahat çanta almaq üçün bir dükana girdik. Dükan mərkəzi küçələrdən birində yerləşirdi. Dükanda bir xeyli götür-qoy etdik. Satıcı oğlan bizdən haradan olduğumuzu soruşdu. Azərbaycandan olduğumuzu deyəndə onun gözlərindəki işıq oğlumla məni çox təəccübləndirdi.
Bunu eşidər-eşitməz çox da səlis olmayan ingilis dilində "Ooo, İlham Əliyev, Qarabağ, qələbə" sözləri ilə söhbətə başlayan bu qarabuğdayı oğlandan biz də çox böyük rəğbətlə haradan olduğunu soruşduq. Banqladeşdən olan bu cavan oğlan bizim 44 günlük müharibənin bütün gedişatından, Azərbaycanın qələbəsinin əzəmətindən, Ermənistana antipatiyasından, Cənab Ali Baş Komandan İlham Əliyevin bir Prezident kimi, dövlət başçısı kimi əvəzolunmaz insan olduğundan danışdı. Və hiss olunurdu ki, bu banqladeşli oğlanın tarixdən və siyasətdən yaxşı başı çıxır. Söhbətimiz o qədər şirin idi ki, artıq çantanın yarayıb-yaramadığına məhəl qoymadan onu aldıq.
Böyük qürur və fəxr hissi ilə oranı tərk elədik. Vətəndən minlərlə kilometr uzaqda, Avropanın mərkəzində, adi bir banqladeşlinin Azərbaycan haqda bu qədər bilgisi çox gözəl hiss idi. Əlbəttə ki, bütün bunlar bütöv Azərbaycanı yumruq kimi birləşdirən, dəmir yumruğu ilə "Qarabağ Azərbaycandır" ifadəsini nidaya çevirən cənab Prezident İlham Əliyevin düzgün siyasəti sayəsindədir. Yenidən Vətənimizə, dövlətimizə, xalqımıza rəhbərliyinin yeni dönəmində əziz Prezidentimizə uğurlar arzulayırıq. Yaddaşımdan çıxmayan bu duyğulu xatirə Prezidentimizin andiçmə mərasimindəki çıxışı zamanı bir daha gözümün önündə canlandı. Ürəyimdən Tanrıya ünvanladığım belə bir cümlə keçdi: Əlinizi üzərinə qoyub and içdiyiniz müqəddəs kitab “Qurani-Kərim” bu müqəddəs yolda Sizə yar olsun, Cənab Prezident!
Aytəkin Nəsirova
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

