BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı
28.02.2024 [10:45]
COP1 harada keçirilib?
İqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindən biri də COP-dur. Ölkəmizin bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi Azərbaycana olan yüksək etimadla birbaşa bağlıdır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində respublikamız yetərincə müsbət imic sahibidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Düzdür, Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
COP-un tarixi
COP-un fəaliyyətə başlama tarixi XX əsrin sonlarına təsadüf edir. Çünki
1970-ci illərdən başlayaraq beynəlxalq ictimaiyyətin əsas hədəfi və diqqət mərkəzi iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə yönəlib. Bu mənada Birləşmiş Millətlər Təşkilatının mandatı altında iqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində bir sıra qurumlar yaradılıb, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunub və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən addımlar atılıb. Beləliklə, ilk dəfə 1979-cu ildə Dünya İqlim Konfransı keçirilib və bu konfransda iqlim dəyişmələri təxirəsalınmaz qlobal problem elan edilib. Bununla yanaşı Qlobal İqlim Proqramı qəbul olunub və onun icrası nəzarət üzrə növbəti illərdə bir sıra konfranslar keçirilib.
Dünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf mühit Proqramı tərəfindən 1988-ci ildə Beynəlxalq Hökumətlərarası İqlim Panelinin (BHİP) əsası qoyulub. Daha sonra iqlimşünas alimlərlə bərabər yüksək vəzifəli hökumət nümayəndələrinin iştirakı ilə Cenevrədə II Dünya İqlim Konfransı baş tutub. BMT-nin Baş Assambleyasının 21 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının mətnin hazırlanmasına başlanılır.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının mətninin hazırlanması işləri 1992-ci ildə başa çatır. 1992-ci ilin iyun ayında Konvensiya 154 ölkə tərəfindən Rio da Jeneyro şəhərində keçirilən Dünya Sammitində imzalanır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 50-ci üzv ölkənin ratifikasiya prosesinin tamamlanması ardından 1994-?? ?? ?art ayının 21-də qüvvəyə minir. Qeyd edək ki, Konvensiyaya qoşulan ölkələr 2 kateqoriyaya bölünür:
1. Konvensiyanın Əlavə 1-nə daxil edilmiş ölkələr atmosferə tulladıqları istilikxana qazlarının azaldılmasına dair öhdəliklər götürürlər. Bu öhdəlik ölkədən-ölkəyə fərqlənir. Əlavə 1-ə daxil edilmiş ölkələr əsasən inkişaf etmiş ölkələr blokudur (ABŞ, Avstraliya, Kanada, Avropa İttifaqı). Lakin onların arasında iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr də vardır (Türkiyə, Rusiya, Xorvatiya).
2. Konvensiyaya üzv ölkələrin əksəriyyəti Əlavə 1-ə daxil edilməyən inkişaf etməkdə olan ölkələrdir (Azərbaycan, Cənubi və Cənub-Şərqi Asiya ölkələri, Rusiya istisna olmaqla MDB ölkələri və s.). Bu ölkələr qarşısında emissiyalarının azaldlıması istiqamətində heç bir öhdəlik qoyulmur.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına (UNFCCC) uyğun hər il keçirilən konfranslar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransları adlanır. Bu konfranslar iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin - Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir.
COP1-in ən mühüm qərarı
BMT-nin ilk İqlim dəyişikliyi konfransı 1995-ci il martın 28-dən aprelin 7-dək Berlində keçirilib. Həmin tarixdə 160 dövlətin nümayəndələri istixana qazı emissiyalarının azaldılmasını müzakirə etmək üçün Tərəflərin birinci Konfransı üçün Berlində bir araya gəliblər.
Məqsəd İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün şərtləri razılaşdırmaq idi. Bu sözləşmə sənayeləşmiş ölkələrin 2000-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsinə endirməyi qarşıya məqsəd kimi qoyurdu. Və bu öhdəlik beynəlxalq hüquqa əsasən müəyyən edilirdi.
İştirakçı dövlətlər uzun müzakirələrdən və fikir toqquşmalarından sonra yalnız aşağıdakı şərtlərə əsasən “Berlin mandatı” barədə razılığa gələ bildilər:
Sənayeləşmiş ölkələrin öhdəliklərini hüquqi cəhətdən tənzimləmək üçün ölkələrə 2000-ci ildən sonrakı dövr üçün mühüm dəyişikliklər etməyə şərait yaradan prosesi başlatmaq;
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası sazişlərinin iqlim dəyişikliyini tənzimləmək iqtidarında olmadığını qəbul etmək;
İqlim mühafizəsi üzrə sazişlərin razılaşdırılması ətrafında danışıqlar aparmaq.
Konfrans zamanı yaranan fikir toqquşmaları Avropa ölkələri ilə Amerika Birləşmiş Ştatları arasında böyük fərqlər olduğunu ortaya çıxardı. Məsələn, bir tərəfdən Kansler Helmut Kol istixanaların təsiri ilə bağlı xəbərdarlıq edərək tərəfdaşları 1997-ci ilə qədər iqlimin qorunması protokolu üzərində razılaşmağa çağırırdı. Digər tərəfdən Amerika nümayəndə heyətinin rəhbəri Tim Virt iqlimin qorunması üçün ABŞ seçicilərinin dəstəyinin olmamasından şikayət edirdi. Beləliklə, dünyanın əksər hissəsi üçün istixana qazı emissiyalarına cavabdeh olan ABŞ-ın mövqeyi Berlindəki danışıqları gecikdirdi.
Almaniyanın o zamankı federal ətraf mühit naziri olan Angela Merkel Berlin nümayəndə heyətinin sənayeləşmiş ölkələr arasında istixana qazlarının azaldılmasına ən böyük töhfəni vaxtından əvvəl vəd etməsində əsas rol oynadı. Bu erkən öhdəlik həlledici amil kimi qəbul edildi. Buna görə də, ilk olaraq qanuni surətdə məcburi emissiyaların azaldılmasına qarşı çıxan dövlətlər 1997-ci ilə qədər yalnız “iştirakçı” ola bildilər.
Konfransın ən mühüm qərarı isə “Berlin sanksiyası” kimi tanınan və Əlavə-I Siyahısında tərəf ölkələrin öhdəliklərini qeyri-kafi kimi qiymətləndirən sənəd oldu.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

