BMT-nin 19-cu İqlim Dəyişikliyi Konfransı
02.04.2024 [10:57]
COP19 harada keçirilib?
Birləşmiş Millətlər Təşkilatının 19-cu İqlim Dəyişikliyi Konfransı 2013-cü il 11-23 noyabr tarixlərində Polşanın paytaxtı Varşavada keçirilib. Bu, 1992-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflərin Konfransının (COP19) 19-cu illik sessiyası və Tərəflərin 1997-ci il Kioto Protokolu Görüşünün (CMP 9) 9-cu illik sessiyası idi.
Konfrans nümayəndələri bu toplantılarda qlobal iqlim sazişi istiqamətində danışıqları davam etdiriblər. Danışıqlara UNFCCC-nin icraçı katibi Kristiana Fiqeres və Polşanın ətraf mühit naziri Marçin Koroleç rəhbərlik edib. Konfrans bütün dövlətləri tullantıları azaltmağa mümkün qədər tez - 2015-ci ilin birinci rübünə qədər başlaması barədə razılığa gətirib çıxardı. Nəzərdə tutulan “milli miqyasda müəyyən edilmiş töhfələr” termini Sinqapurun təklifi ilə Varşavada təqdim edilib. Həmçinin Varşava Beynəlxalq Mexanizmi də burada irəli sürülüb.
Konfransa Polşanın ev sahibliyi etməyi hər kəs tərəfindən alqışla qarşılanmayıb. Çünki 2013-cü ilə olan məlumata görə, Polşanın elektrik enerjisinin 88%-i kömürdən, dünya üzrə orta enerjinin 68%-i isə qalıq yanacaqlardan əldə edilir. Ölkə rəsmiləri qlobal istiləşməyə qarşı daha effektiv hərəkət etmək üçün Aİ-nin təkliflərini əngəlləyiblər. Digər Aİ-yə üzv dövlətlərə qarşı təkbaşına mövqe sərgiləyən Polşa 2011-ci ildə 2050-ci il üçün təklif olunan emissiya hədəflərinin qarşısını alıb. Eyni zamanda ətraf mühit naziri Marçin Koroleç (konfransın sədri) Aİ-nin nümunəvi strategiyasına şübhə ilə yanaşdığını bəyan edib.
189 ölkədən 10 mindən çox iştirakçı konfransda iştirak etmək üçün qeydiyyatdan keçsə də, yalnız 134 nazir iştirak edəcəyini açıqlayıb. Konfransda İqlim dəyişikliyinə ən həssas olan dörd ölkə öz prezidentləri və ya baş nazirləri ilə təmsil olunurdu: Tuvalu, Nauru, Efiopiya və Tanzaniya. Toplantılarda Polşanın baş naziri Donald Tusk ölkədə “şist qazı fəaliyyətinin köklü surətdə sürətləndirilməsini” daha yaxşı təmin edə bilən siyasətçiyə üstünlük verərək Koroleçi vəzifəsindən azad edib. Bununla belə, Tusk bildirib ki, Korolec hökumətin şist qazı üzrə səlahiyyətli nümayəndəsi olaraq qalacaq.
COP19 təşkilatçıları konfrans ərəfəsində onlayn bloqda Arktika buzlarının əriməsinin ehtimal edilən üstünlükləri ilə bağlı şərhlər də edib. Bildiriblər ki, yeni qazma platformaları tikə və dənizin dibində gizlənmiş təbii sərvətləri çıxara bilərlər. Ancaq onların bu fikri birmənalı qarşılanmadığından qəbul edilməyib.
Polşadakı İqtisadiyyat Nazirliyinin təşkilatçıları da UNFCCC danışıqları ilə yanaşı, Ümumdünya Kömür Assosiasiyası ilə birgə tədbirə ev sahibliyi etdiklərinə görə sərt tənqid olunublar. Bu vəziyyət Polşada enerji mənbələri qarışığının dəyişdirilməsinə qarşı təxribat kimi qiymətləndirilib. Danışıqlar zamanı konfransın sədri Marcin Korolecin ətraf mühit naziri vəzifəsindən kənarlaşdırılması Polşanın qlobal istiləşmə ilə bağlı qlobal tədbirləri irəlilətmək öhdəliyinin olmamasının başqa bir əlaməti kimi qiymətləndirilib. Baş nazir Donald Tusk bildirib ki, işdən çıxarılma “şist qazı əməliyyatlarını köklü surətdə sürətləndirmək” zərurəti ilə bağlıdır. Konfransda bildirilib ki, Beynəlxalq Enerji Agentliyi davamlı olaraq sənayeləşmiş ölkələri qalıq yanacaq subsidiyalarını azaltmağa çağırır. Ancaq bu subsidiya tədbirlərinin nəzərə alınmayacağı gözlənilir.
COP19-da iştirak edən bəzi ölkələr çirklənmə ilə bağlı bəyan edilmiş hədəflər üzrə zəif performanslarına görə tənqid edildi. Amerika Birləşmiş Ştatları CO2 emissiyalarını 2005-ci illə müqayisədə 2012-ci ildə 11,8 faiz azaltsa da, digərləri eyni nəticə göstərməyi bacarmamışdı.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

