Üstü açılmış 3 xüsusilə ağır cinayətlə bağlı məhkəmə başlayır
03.04.2024 [15:32]
Uzun illərdən sonra üstü açılmış 3 xüsusilə ağır cinayətin istintaqı başa çatıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi, 2001-ci il dekabrın 6-da isə həmin cinayətlərin icraçısı olmuş Dadaş Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktları üzrə başlanmış cinayət işlərinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən tamamlanıb.
(https://genprosecutor.gov.az/az/post/6773)
İbtidai istintaqla 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun (sifarişçi) sifarişlə pul müqabilində 2 nəfər şəxsin qəsdən öldürülməsini təşkil etməsi, onun sürücü-mühafizəçisi işləmiş Qulu Muxtarovun isə bir qrup şəxs tərəfindən, başqa cinayəti gizlətməklə əlaqədar və təkrar adam öldürməsi, habelə başqa şəxsi qeyd olunan əməllərin törədilməsinə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, istintaqın gedişində toplanmış sübutlara əsasən, Vahid Haşımov pul müqabilində tanışı Qərib İbadovun öldürülməsini Ramiz Nadirova sifariş verib, sonuncu sifarişi icra etməkdən imtina etdiyi üçün Vahid Haşımov onların hər ikisinin öldürülməsini sürücü-mühafizəçisi Qulu Muxtarova həvalə edib.
Bundan sonra, Qulu Muxtarov müdiri Vahid Haşımovdan aldığı pulların müqabilində tanışı Dadaş Hüseynovu sifarişləri icra etməyə razı salmış və sonuncu müxtəlif vaxtlarda silahdan atəş açaraq Ramiz Nadirovu qəsdən öldürüb, Qərib İbadovu isə qəsdən öldürməyə cəhd edib.
İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) iş üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini tərəfindən təsdiq edilərək baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29

