Münaqişə dərinləşir...
20.06.2025 [09:34]
Qarşılıqlı hücumlar davam edir
İsrail-İran qarşıdurması davam etməkdədir. Demək olar ki, beynəlxalq ictimaiyyətin bütün diqqəti bu münaqişəyə yönəlib. Yeddinci gündür ki, hər iki tərəf bir-birinin strateji cəhətdən önəmli olan hərbi, təhlükəsizlik və enerji obyektlərinə dron və raket zərbələri endirirlər. Hər iki tərəfdə həlak olanların və yaralanların sayı artmaqdadır. Verilən bəyanatlardan isə anlaşılır ki, tərəflər hücumları dayandırmaq niyyətində deyillər.
Daha 3 helikopter...
İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatlarına görə, iyunun 18-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi Tehran ərazisində 20-dən çox hərbi obyektə, xüsusilə də nüvə silahı layihəsinin silah istehsalı obyektlərinə, sentrifuqa istehsalı obyektlərinə və tədqiqat və inkişaf obyektlərinə, o cümlədən ballistik raket istehsalı obyektlərinə hücumlar həyata keçirib. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, bu qurğular nüvə silahı yaratmaq məqsədilə uranın zənginləşdirilməsinin miqyasını və sürətini genişləndirmək üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı, İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah şəhərindəki bazada daha 3 “AH-1” hərbi helikopterini məhv edib. İsrail müdafiə naziri İsrael Katz “X” sosial şəbəkəsində Tehrandakı strateji və hökumət hədəflərinə zərbələri gücləndirmək əmri verdiyini qeyd edib - “İsrailin Baş naziri Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə İrandakı strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə hücumların intensivliyini artırmağı tapşırmışıq. Məqsədimiz İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və İran hökumətini sarsıtmaqdır”, - deyə Katz bildirib.
Təl-Əvivə növbəti hücum...
İranın “Tasnim” informasiya agentliyinin məlumatına görə, iyunun 19-da İran səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə hücum edib. Qeyd olunub ki, bu mərkəzlərdə minlərlə hərbçi, rəqəmsal idarəetmə sistemləri və s. yerləşir. Eyni zamanda İran İsrailin Be’er Sabaa şəhərində İsrail Ordusunun Rabitə və Kəşfiyyat Mərkəzi Komandanlığı və İsrailin İnformasiya Texnologiyaları Mərkəzinə raket zərbəsi endirib. “Tasnim” informasiya agentliyi, həmçinin xəbər verib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum zamanı ilk dəfə ikimərhələli ortamənzilli “Sacjil” ballistik raketindən istifadə edib.
Tam qələbə arzusu...
ABŞ-ın yüksək səviyyəli rəsmilərinin məlumatına görə, Vaşinqton İrana mümkün zərbə endirməyə hazırlaşır. “Bloomberg” qeyd edir ki, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. “ABC News” müəyyən mənbələrə istinadən məlumat verib ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə çox güclü zərbələr endirə bilər. Agentliyin məlumatında qeyd olunur ki, Prezident Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb. Eyni zamanda vurğulanır ki, ABŞ-da 90 metr dərinlikdə yerləşən Fordo nüvə obyektini məhv edə biləcək ağır bomba var. Bundan başqa, müxtəlif diplomatik mənbələrdə yayılan məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurilla İranla bağlı hərbi variantları müzakirə etmək üçün Ağ Evdə Trampla görüşüb. Tramp jurnalistlərlə görüşündə bəyan edib ki, o, İranın nüvə silahı əldə etməməsi üçün axıra qədər mübarizə aparacaq: “Mən döyüşmək istəmirəm, amma döyüşmək və İranın nüvə silahı əldə etməsi arasında seçim etməliyiksə, etməli olduğumuzu edəcəyik. Biz atəşkəs axtarmırıq. Biz tam qələbə istəyirik, yəni İran nüvə silahına sahib olmamalıdır,” - deyə Tramp vurğulayıb.
Saziş bağlanacaqmı?
Tramp, həmçinin jurnalistlərə açıqlamasında qeyd edib ki, o, ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı sazişin bağlanacağını güman edir. “İran onlar üçün yaxşı saziş imzalamağa çox yaxın idi. Mümkündür ki, bu hələ də baş verə bilər. Güman edirəm”, - o qeyd edib. Tramp əlavə edib ki, İran hökumətinin nümayəndələri Ağ Ev də danışıqlar üçün ABŞ-a gəlməyə hazırdırlar.
Quttereşdən çağırış
BMT Baş katibi Antoniu Quttereş İsrail və İran arasında davam edən gərginliyin artmasından dərin narahatlıq keçirir. “Report”-un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibi öz bəyanatında İsraili və İranı gərginliyi azaltmağa və atəşkəsə doğru addımlar atmağa çağırıb. Quttereş, həmçinin münaqişənin beynəlxalq miqyasda daha da genişlənməsinin qarşısının alınması istiqamətində addımların atılmasının zəruriliyini vurğulayıb - “Əlavə hərbi müdaxilələr təkcə birbaşa iştirak edən tərəflər üçün deyil, bütün region və beynəlxalq sülh və təhlükəsizlik üçün böyük fəsadlara səbəb ola bilər”. Baş katib dinc əhaliyə qarşı törədilmiş fəlakətli insan itkilərini, xəsarətləri, yaşayış evlərinə və mülki infrastruktura vurulan ziyanı qəti şəkildə pisləyib - o, qeyd edib ki, diplomatiya İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların həlli üçün yeganə yoldur.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

