Qalib Sərkərdənin Zəngilana beşinci səfəri
28.10.2021 [10:11]
Düşmənin beşinci (və sonsuz) kədəri
Qədim dövrdə məşhur bir atalar sözü var idi: min millik yol bir addımla başlayır. Bəli, yol mədəniyyət olduğu kimi, həm də tarixdir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Şuşanın Fatehi, Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərir.
“Mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq. Ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik. Aprel ayında gələndə hava limanının təməli qoyuldu”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdi. Dövlət başçısının işğaldan azad edildikdən sonra Zəngilana dördüncü gəlişi də - növbəti addımı da əlamətdar idi. Bu, təkcə qalib Sərkərdənin daha bir səfəri deyil, həm də görülən və görüləcək işlərin təqdimatı, Azərbaycan dövlətinin qüdrətinin ifadəsi idi.
Əlbəttə, bu səfərlər Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi, coşquyla, sevinclə və rəğbətlə qarşılanır. Ermənilərin isə kədərli baxışlarla izləməsi sirr deyil. Amma onlarla yanaşı, narahat olan başqa bir qrup da var. Xüsusilə, dövlət başçısının Zəngilana dördüncü səfərindən sonra xaricdən idarə olunan bəzi internet kanallarında “azərbaycanlı” adını daşıyan, amma düşmənlə eyni mövqedən dayananların “nə üçün belə tez-tez səfərlər həyata keçirilir” kimi suallar ünvanlayaraq qərəzli “təhlil”lər aparmaları cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Bu səfərlərin nə məqsədlə və niyə ardıcıl olaraq həyata keçirilməsini anlamaq üçün xüsusi araşdırma aparmağa ehtiyac yoxdur. Sadəcə olaraq, səfərlərin xronikasına nəzər salmaq yetərlidir ki, hansı işlərin görüldüyünü və bütün bu addımların Azərbaycan üçün hansı perspektivlər yaratdığını anlayasan. Görünən odur ki, qalib Sərkərdənin Zəngilana beşinci səfəri həm də düşmənin beşinci (və sonsuz) kədərinə səbəb olub.
Beləliklə, xatırlayaq, 2020-ci ilin dekabrın 23-də müzəffər xalqın Lideri kimi Zəngilana ayaq basan Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirmişdi. O, “Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”, - deyə qətiyyətlə ifadə etməklə Azərbaycanın iradəsini, prinsipial mövqeyini, gələcəyə aydın - strateji baxışını ifadə etmişdi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Zəngilana yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. 2021-ci ilin 14 fevral tarixində Zəngilana ikinci səfəri zamanı “Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım”, - deyə Prezident İlham Əliyev qürurla diqqətə çatdırmışdı. Dövlət başçısının 2021-ci ilin aprel ayının 26-da Zəngilana üçüncü səfəri bərpa işlərinə start verildiyini bir daha əyani şəkildə təsdiqlədi. Azərbaycan Prezidentinin 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyması, sözün əsl mənasında, Böyük Qayıdışın ilk addımı idi.
Həmin səfər vaxtı dövlət başçısının Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoyması bütövlükdə bölgənin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Hava limanının məhz Zəngilanda inşa edilməsi rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Dövlət başçısı bəhs olunan səfər zamanı deyib: “Coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və ?ərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Böyük Qayıdışı, Zəngəzur dəhlizinin reallaşdırılmasını “siyasi romantizm” adlandıranlar var idi. Elə bu gün də “korun tutduğunu buraxmaması” prinsipi ilə eyni “yanaşma”nı davam etdirirlər. Reallıqlar isə onların geniş dünyadakı dar dünyagörüşünün sərhədlərini çoxdan aşıb, internet kanallarındakı dezinformasiya silahını zərərsizləşdirib - yalanlarını ifşa edib. Yəni artıq sülhün və əməkdaşlığın birgə addımlayacağı Zəngəzur dəhlizinin inşasına start verilib, Böyük Qayıdış təntənəli Zəfər yürüşünün bir halqasına çevrilib. Hələ aprelin 26-da Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gələn Azərbaycan Prezidenti dəmir yolunun yenidən qurulması prosesinə start verildiyini ifadə etmiş və özünün müəllifi olduğu gerçəklikləri tam dəqiqliklə diqqətə çatdırmışdı: “Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.
Müzəffər Ali Baş Komandanın Zəngilana yuxarıda bəhs etdiyimiz dördüncü səfərində səsləndirdiyi fikirlər isə, bəzilərinin iddia etdiyi kimi, siyasi romantizmin deyil, Azərbaycan reallığının - tarixi və strateji gerçəkliyin ifadəsidir: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur”.
Dövlət başçısının Zəngilana beşinci səfərinin nəticələri isə Zəfər yürüşünün davamı və yuxarıda bəhs etdiyimiz reallığın tərkib hissəsi olmaqla, daha möhtəşəm, daha təntənəlidir. Bu səfər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaları:
- Müasir dövrdə ən uğurlu geostrateji ittifaq nümunəsi olan Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin daha bir ifadəsidir;
- Regionda yeni reallıqların təzahürü, nəqliyyat-kommunikasiya xətlərinin bərpası yolunda həlledici strateji addımlardan biridir;
- Sülh, təhlükəsizlik və əməkdaşlıq zəminində Cənubi Qafqazın gələcəyinin Azərbaycanda inşa olunduğunu təsdiqləyir.
Nəticə etibarilə, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqlarımıza, o cümlədən Zəngəzura hər səfəri müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Bir sözlə, Böyük Qayıdış başlayıb - biz qururuq, yaradırıq və yaşadacağıq!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

