Fransada diplomatik qiyam
17.11.2023 [11:17]
Səfirlər Makrona qarşı...
Politoloq: Etiraz məktubu Emmanuelin 2027-ci ildən daha erkən hakimiyyətdən getməsinə şərait yaradacaq
N.BAYRAMLI
Fransa prezidenti Emmanuel Makronun başı yenə dərddədir. Müasir Fransanın tarixində ən uğursuz dövlət başçılarından olan Makron bu dəfə ölkənin diplomatlarının etirazları ilə üzləşib. Diplomatların ölkə başçısına etirazı bu ölkədə ilk dəfədir baş verir. Belə ki, Fransanın Livan, Tunis, Mərakeş, Misir, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytdəki səfirləri ölkə prezidenti Emmanuel Makrona “birgə nota” formatında məktub ünvanlayaraq İsrail-Fələstin münaqişəsində rəsmi Parisin tutduğu mövqeyə görə təəssüfləndiklərini və qayğılandıqlarını bildiriblər.
“Le Figaro” və “Le Parisien” yazır ki, Fransa diplomatiyasının Yaxın Şərqdə və ümumiyyətlə, ərəb ölkələrindəki fəaliyyətində indiyədək misli görünməmiş demarş sayıla biləcək birgə nota təcrübəli diplomatların səbrinin tükəndiyindən xəbər verir. Səfirlərin fikrincə, Emmanuel Makronun İsrail-Fələstin münaqişəsindəki mövqeyi Parisin ərəb dövlətlərindəki nüfuzuna çox ağır zərbə vurur. Məktub Fransanın XİN-nə və Yelisey Sarayına göndərilib. Diplomatların fikrincə, Emmanuel Makronun Yaxın Şərqdəki proseslərlə bağlı mövqeyi və regional siyasəti normallıqdan, balanslaşdırılmış strategiyadan və düşünülmüş yanaşmadan çox uzaqdır. “Nəticədə Şimali Afrika və Yaxın Şərq ölkələrində Fransanın nüfuzuna çox ağır zərbələr dəyir”, - deyə səfirlərin birgə notasında bildirilib.
Yelisey Sarayı və Fransa XİN-i səfirlərin birgə məktubunu şərh etməkdən yayınıblar. Sadəcə olaraq, XİN-dən deyilib ki, Fransanın xarici siyasətini vətəndaşların seçdikləri prezident və hökumət müəyyənləşdirir. Konkret halda diplomatik fəaliyyətə xarici işlər naziri rəhbərlik edir. Bir sıra ekspertlər isə hesab edirlər ki, Fransa diplomatlarının sərt demarş təsiri bağışlayan birgə notası Emmanuel Makrona qarşı atılmış ilk addımdır. Fransa XİN-in yerləşdiyi Orse Bulvarında ölkə prezidentinin və ümumiyyətlə, rəsmi Parisin Yaxın Şərq, Şimali Afrika və postsovet ölkələrindəki siyasəti ilə bağlı narazılıq artır. Təcrübəli diplomatlar Fransanın bu bölgələrdə faktiki fiaskoya uğradığını, diplomatiya müstəvisində sürəkli məğlubiyyətlərə düçar olduğunu vurğulayırlar. Makron administrasiyasının Afrikadan sonra Yaxın Şərqdə də ciddi diplomatik, siyasi və geosiyasi itkilərlə üzləşdiiyini etiraf edən fransalı diplomatların fikrincə, Cənubi Qafqazdakı situasiyada da Parisin birmənalı olaraq tərəf tutması, müvazinətə uyğunlaşmayan siyasət yürütməsi Fransanın yeni itkilər verməsi ilə nəticələnə bilər.
Mövzunu qəzetimizə şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Makron uğursuz diplomatiyası ilə ölkə daxilində də təlatümlər yaşatmağa davam edir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi diplomatik korpusların nümayəndələri tərəfindən davam etdirilir. Fransanın Yaxın Şərqdəki və bəzi Şərq ölkələrindəki diplomatik nümayəndələri prezident Emmanuel Makronun İsrailyönlü münasibətindən təəssüfləndiklərini bildiriblər. Səbəb isə onun İsraillə bağlı tutduğu ritorikadır. Onun sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın hücumundan dərhal sonra Fransa lideri “İsrailin özünü müdafiə etmək hüququnu qeyd-şərtsiz dəstəklədiyini” bildirib: “10 səfir Parisin İsrail-Həmas münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. Səfirlər “Fransanın İsrailin lehinə mövqeyinin Yaxın Şərqdə yanlış anlaşıldığını və bu, onun israillilərlə fələstinlilər arasında ənənəvi balanslaşdırılmış mövqeyi ilə ziddiyyət təşkil etdiyini” əsaslandırıblar. Fransa mətbuatında dərc olunan xəbərlərdə “Fransanın nüfuz və təsir itkisinə məruz qaldığı, ölkənin ərəb dünyasındakı pis imicinə diqqət çəkildiyi” bildirilən məktubda bunun Makronun tutduğu mövqenin nəticəsi olduğu deyilir”.
Həmsöhbətimiz qeyd edib ki, Fransa ilə Yaxın Şərq arasında etimad böhranının “ciddi” olduğu və “uzunmüddətli” olma riski daşıdığına dair xəbərdarlıq edilən məktubda, “Keçmişdə Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlı böhranlar yaşadıq, qarşısını aldıq. Lakin bu dəfə bizə qarşı inamsızlıq dərindir və yəqin ki, davam edəcək” deyilib. Fələstin tərəfdarı nümayişlərinin qadağan olunduğu Fransada Senat və Assambleya sədrlərinin çağırışı ilə noyabrın 12-də Parisdə “antisemitizmə qarşı yürüş” keçirilib.
“Görünür ki, kolonial keçmişdən əl çəkə bilməyən Yelisey sarayı münaqişə ocaqlarının olduğu yerlərdə qızışdırıcı mövqe tutmağı ənənə halına gətirib. Öz daxilində hər növ sosial və digər problemlərə biganə yanaşan bu lider başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən sanki zövq alır. Bu yarıtmaz siyasət Makronun onsuz da dağılmış nüfuzuna daha da zərbə endirəcək və onun 2027-ci ildən daha erkən hakimiyyətdən getməsinə şərait yaradacaq”-deyə Z.Qarayeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

