Qürur və məğrurluğun təcəssümü - Zəfər tariximiz!
08.11.2025 [10:35]
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, siyasi rəhbərliyin, xalq və ordu birliyinin, eləcə də vətənpərvərlik ruhunun ifadəsidir. Tarixi dönəmə nəzər salsaq görərik ki, son 200 il ərzində parçalanan, ərazilərini itirən Azərbaycan ilk dəfə olaraq ərazi bütövlüyünü, suverenliyini təmin etmiş oldu. Beş il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciəti tariximizin yeni salnaməsini yaratmış oldu. Ədalətin qələbəsi tariximizə Zəfər günü kimi əbədi həkk olundu. Azərbaycanın bu Qələbəsi xalqının haqqını və qürurunu geri qaytardı. Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi, danışıqlar prosesini pozması və “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atmaları münaqişənin artıq yaranmış şəraitə uyğun olaraq, sülh və danışıqlar yolu ilə həllinə son qoymuş oldu. Münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına səy göstərmiş və beləliklə də, aparılan danışıqlar heç bir nəticə verməmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi”.
Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i Azərbaycanda Zəfər Günüdür. Bu tarixi gün siyasi-milli iradənin, xalq-ordu birliyinin, həmrəyliyin təcəssümüdür. Bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan Zəfərimiz otuz ilə yaxın olan erməni işğalına son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu şəhər, qəsəbə və kəndləri, eləcə də mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Şuşa Zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi. “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik”, - deyə Azərbaycan Prezidenti bildirmişdir. Dövlət başçımızın ölkəyə rəhbərliyi dövründən - 2003-cü ildən başlayaraq işğal altında olan ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi tədbirlər 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. 2003-2020-ci illər ərizində Azərbaycanın iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun güclənməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məhz bu Qələbədə müstəsna rol oynamış oldu. Xalq-iqtidar birliyi gücləndi və bir yumruq olaraq birləşməyi bacardı. “Dəmir yumruq” onların belini qırdı. “Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir”, - deyə Prezident bildirib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri erməni silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazilərindən çıxarılması idi. 2021-ci ildə Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə gətirilərək, kütləvi şəkildə müxtəlif yerlərdə bastırılmışdır. Müharibədən sonrakı dövrdə Azərbaycan tərəfi beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina terroruna və digər təxribatlarına lazımi hüquqi qiymət verilməsini dəfələrlə tələb etsə də, Ermənistana lazımi təzyiq göstərilmədi. Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi.
Öz çirkin niyyətlərindən əl çəkməyərək 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni şəkildə Şuşa istiqamətində təxribatlar törətmişdilər.
44 günlük Vətən müharibəsində “Dəmir Yumruğ”un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində iki il bundan əvvəl 24 saat ərzində antiterror tədbirləri həyata keçirdi. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 2023-cü il 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan Ordusu Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu tədbirlər nəticəsində Xankəndi, Xocalı, Ağdərə və digər strateji şəhərlər üzərində tam nəzarət təmin edildi, üçrəngli dövlət bayrağımız azad edilmiş bütün ərazilərimizdə dalğalandırıldı.
Qeyri-qanuni erməni ordusu Qarabağ ərazisindən tərk-silah edildi və Azərbaycan öz dövlət suverenliyini tam və qəti şəkildə bərpa etdi.
Artıq ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunmasından iki il ötür. Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi. XXI əsrin müharibəsini aparan Azərbaycan 44 günlük müharibəsində uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi və bu gün paytaxtımızda Hərbi Qənimətlər Parkında ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş olunur.
Bugünkü günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını? reallaşdırılmasıdır. “Dəmir Yumruğu”n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Böyük quruculuq işləri nəticəsində bu ərazilərin əksəriyyətində yeni həyat başlayıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb və əzəli yurd yerlərində həyat öz axarına düşüb, canlanır. Qələbə nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Uğurlu inkişaf dövrünü yaşayan və tarixi qələbələrə imza atan Azərbaycanda 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunub. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi. Əlbəttə ki, tariximizin müxtəlif dönəmlərində müstəqil və suveren dövlətə sahib olmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri,
Tarixi üzrə Fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

