Avropada yeni etiraz dalğası...
24.02.2024 [10:50]
Bu dəfə fermerlər meydana çıxır...
Murad Köhnəqala
Qərbi Avropa ölkələrindəki fermer və sahibkarların ardı-arası kəsilməyən etirazları qitənin Şərqinə də yayılmağa başlayıb. Hökumətlərinin Ukrayna ilə bağlı siyasətinə qarşı çıxan sahibkarlar tələbləri yerinə yetirilməyincə geri çəkilməyəcəklərini bildirirlər. Fransa, Almaniya, Belçika və İtaliyadan sonra etiraz dalğası Polşada baş qaldırıb. Yerli fermer və sahibkarlar ölkənin Ukrayna ilə sərhədinin xeyli hissəsini bağlayıblar.
Sərhəddə çürüyən mallar
Polşa fermerləri aylardır ölkəyə Ukrayna məhsullarının gətirilməsinə etiraz edirlər. Deyirlər ki, Ukraynadan ucuz qiymətə gətirilən mallar Polşa bazarlarını zəbt edib. Bu da yerli istehsala böyük zərbə vurur, yerli məhsullar Ukrayna malları ilə rəqabətə davam gətirmir. Qəzəbli fermerlər bir neçə gündür Ukrayna sərhədindən ölkə ərazisinə yük maşınlarının girişinə imkan vermirlər. Sərhəd-keçid məntəqələrini bağlayan sahibkarlar Ukraynaya məxsus 3000-ə yaxın yük avtomobilinin ölkə ərazisinə keçməsini əngəlləyirlər. Ukraynadan gələn yük qatarına hücum edən fermerlər vaqonların qapısını sındıraraq, tonlarla taxılı relslərin üzərinə dağıdıblar. “Ya biz, ya da onlar! Nəhayət, kimsə bizim də haqqımızda düşünməlidir!” -Polşanın “Polsat News” telekanalına açıqlamasında fermerlərdən biri etirazını belə bildirib.
Əslində, Polşa ilə Ukrayna arasında mövcud problemlər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bərabər yaranıb. Rusiya Ukraynanın dəniz nəqliyyatını məhdudlaşdırdıqdan sonra çətinliklər daha da çoxalıb.
Güzəşti qadağasından betər Avropa
Avropa İttifaqı Yaxın Şərq, Afrika və Asiyanın bəzi bölgələrində artan qiymətləri, eləcə də taxıl qıtlığını azaltmaq istəyir. Ona görə də Macarıstan, Polşa kimi qonşu ölkələrdən dəmir yolu, eyni zamanda avtomobil yolu ilə mümkün qədər çox ərzaq daşımaq üçün Ukrayna məhsullarına tətbiq edilən tarifləri və kvotaları ləğv edib.
Ekspertlərin fikrincə, bu qərar müəyyən dərəcədə işə yarasa da, Ukrayna taxılının mühüm bir hissəsinin tranzit ölkələrin bazarlarına çıxarılması yerli fermerlərin etirazlarına əsas verib.
Polşanın keçmiş baş naziri Mateus Moraveyski Avropa İttifaqının məlum qərarına zidd olaraq Ukrayna taxılının və bu ölkəyə məxsus bəzi kənd təsərrüfatı məhsullarının idxalına birtərəfli qaydada qadağa qoymuşdu. Moraveyskidən sonra Polşa hökumətinə rəhbərlik edən Donald Tusk ukraynayönlü mövqeyini açıq şəkildə bəyan etsə də, sələfinin günəbaxan yağı, buğda unu kimi Ukrayna məhsullarına qoyduğu qadağanı ləğv etməyib. Polşanın kənd təsərrüfatı naziri isə bildirib ki, onlar şəkər, quş əti, yumurta kimi ərzaq məhsullarının idxalını tənzimləmək üçün Ukrayna hökuməti ilə ikitərəfli saziş üzərində işləyirlər.
Ukrayna hökuməti isə yanvar ayında kənd təsərrüfatı məhsulları ixracının böyük hissəsinin dəniz yolu ilə göndərildiyini və ümumi ixracın yalnız 5 faizinin Polşadan keçdiyini açıqlayıb. Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov deyib: “Polşa kənd təsərrüfatı assosiasiyalarının ölkədəki bazarların Ukrayna məhsullarından ibarət olması ilə bağlı bəyanatları ədalətsizlikdən başqa bir şey deyil”.
Problemi həll edə bilməyənlərin bəhanəsi
Ukrayna məhsullarına qarşı etirazlar təkcə Polşada baş vermir. Son aylarda, demək olar, bütün Avropa qitəsini fermer etirazları bürüyüb. Fermerlər, kənd təsərrüfatı sahələrində çalışan sahibkarlar Aİ-nin ətraf mühit və digər məsələlərlə bağlı siyasətinin lazımsız maliyyə itkisinə səbəb olduğunu, Aİ üzvü olmayan ölkələrdən gətirilən mallara tətbiq edilən güzəştlərin onların fəaliyyətinə böyük ziyan vurduğunu iddia edirlər. Ukraynadan gələn məhsulların vergi və kvotalardan azad edilməsi onların yerli mallarla müqayisədə xeyli ucuz satışına səbəb olur. Bu da yerli malların alınmamasına, nəticədə sahibkarların zərərə düşməsinə gətirib çıxarır. Çıxış yolunu küçələrə axın edərək etiraz aksiyaları keçirməkdə görən fermerlər hökumət qərarını dəyişənə qədər aksiyaları davam etdirəcəklərini bildirirlər.
Fermerlərin üsyanından təşvişə düşən Avropa Komissiyası etirazları yumşaltmaq üçün son həftələrdə müəyyən güzəştlərə gedib. Lakin bu güzəştlər aksiyaçıların tələblərinin yalnız kiçik bir hissəsini əhatə edir. Etirazçılar isə kiçik güzəştlərə qane olmaq fikrində deyillər.
Analoji vəziyyət Çexiyada da yaşanır. Həftənin ilk günü 500-ə yaxın traktor Aİ və Çexiya hökumətinin siyasətinə etiraz olaraq Praqanın mərkəzinə daxil olub. Maraqlıdır ki, traktorçuların bu aksiyası Çexiyanın əsas fermer təşkilatları tərəfindən dəstəklənməyib. Çexiya Kənd Təsərrüfatı Palatası, Kənd Təsərrüfatı Assosiasiyası və Fərdi Fermerlər Assosiasiyası sözügedən nümayişdə iştirakdan imtina edib. Təşkilat nümayəndələrinin sözlərinə görə, bu tip aksiyalar daxili problemlərin həllindən çox xarici siyasətlə bağlı olduğu da iddia edilir. Belə ki, problemi həll etmək iqtiraında olmayan yerli hökumətlər bunu yenə də Rusiya ilə əlaqələndirməyə üstünlük veriblər. “Sözügedən nümayişləri əsasən fermerlər üçün daha yaxşı şərait uğrunda mübarizə aparanlar yox, daha çox Kremlə dəstək nümayiş etdirən, bunu gizlətməyən və fermerlərin maraqlarından başqa məqsədlərlə yararlanan insanlar təşkil edir”, - deyə Çexiyanın baş naziri Petr Fiala X sosial şəbəkəsində yazıb.
Polşada da analoji hal müşahidə olunur - fermerlərin etirazlarına qarşı hər hansı bir önləm ala bilməyən hakimiyyət burada da “şübhəli siyasi qüvvələr” axatarmağa başlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə mövcud problemə münasibət bildirərkən belə deyib: “Problem taxılda deyil, siyasətdədir”.
Ukrayna təklənir
Ekspertlərin fikrincə, mövcud fermer etirazlarında aşkar “Rusiya izi” görünməsə də, Kremlin Avropanı başına götürmüş bu hərəkatı diqqətlə izlədiyi aydındır. Ukraynanın xarici işlər nazirinin köməkçisi Oleq Nikolenko mediaya açıqlamasında etiraf edib ki, məlum etirazlar Ukrayna iqtisadiyyatına və onun Rusiyaya qarşı göstərdiyi dirənişə ciddi zərbə vurur.
Bu arada Fransanın baş naziri Qabriel Attal ölkəni saran peyin inqilabını yatırtmaq üçün yerli fermerlərin xeyrinə güzəştlər tətbiq ediləcəyi barədə açıqlamalar verib. Attalın sözlərinə görə, Fransa hökuməti ilk növbədə öz vətəndaşlarını düşünür, bu səbəbdən də yerli sahibkarların tələbləri nəzərə alınacaq və Ukraynadan gətirilən məhsullarla bağlı tədbirlər görüləcək. Lakin baş nazirin bu sözləri hələlik söz olaraq qalır. Fermerlər isə hökumət rəhbərlərinə inanmadıqlarını bəyan edərək, etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

