Zəngəzur dəhlizi diqqət mərkəzindədir
07.02.2025 [09:24]
ABŞ-ın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərin olacağı istisna edilmir
Son illərdə qlobal dünyada baş verən iqtisadi proseslər hərbi-siyasi emosiyaları arxa fonda qoyub - ABŞ-ın yeni prezidenti Donald Trampın öz səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra imzaladığı sərəncamlar və səsləndirdiyi bəyanatlar bunu təsdiqləyir. Hazırda Panama kanalı ətrafında baş verənlər birmənalı qarşılanmasa da, bir sıra ekspertlər bunu beynəlxalq iqtisadi transformasiyanın yeni mərhələsi hesab edirlər.
Hazırki qlobal iqtisadi proseslər fonunda beynəlxalq nəqliyyat-kommunikasiya xətləri xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif regionları bir-birinə bağlayan xətlər hər zaman beynəlxalq və regional güc mərkəzlərinin diqqət mərkəzində olub, geoiqtisadi maraqlarının təmin olunmasına yol açıb. Qərb ilə Şərqi bir-birinə birləşdirən alternativ kommunikasiya xətti - Zəngəzur dəhlizi də beynəlxalq gündəmdə müzakirə olunan prioritet iqtisadi məsələlərdən biridir.
Azərbaycan və Türkiyənin layihəsi olan bu dəhliz bir neçə mühüm geoiqtisadi marağa xidmət edir. Birincisi, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya həm coğrafi, həm də iqtisadi cəhətdən bir-birinə birləşir. İkincisi, bu dəhliz üzərindən Yaxın Şərq və Şərqi Aralıq dənizinə çıxış imkanları əldə edilir. Üçüncüsü, Avropa ilə Çin arasında logistik yüklərin daşınmasının rentabilliyi təmin olunur və “Orta Dəhliz”in tam şəkildə fəaliyyətinə yol açılır.
“Tramp Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətini yaxşı bilir”
Son beş ildə Azərbaycanın yaratdığı reallıq regionda yeni iqtisadi ab-hava formalaşdırıb. Bu nöqteyi-nəzərdən Trampın ikinci hakimiyyəti dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərin olacağı istisna deyil. Yeni administrasiya Cənubi Qafqazın nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını, xüsusilə Azərbaycanın iqtisadi potensialını çox yaxşı bilir.
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının xarici siyasət strategiyasında Cənubi Qafqaz da prioritet regionlar siyahısına daxil edilib. “ABŞ beynəlxalq güc mərkəzi olduğuna görə, onun beynəlxalq müstəvidə atacağı addımlar Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Xüsusilə, qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycan regionda böyük iqtisadi-logistik və enerji layihələri həyata keçirir. Bu layihələrin strateji əhəmiyyəti bütün iştirakçı ölkələr üçün önəmlidir. Tramp da Azərbaycan tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini və bunun ABŞ-a nə dərəcədə mənfəət qazandıra biləcəyini çox yaxşı bilir”.
Politoloqun sözlərinə görə, “Orta Dəhliz” Vaşinqtonun Cənubi Qafqaza diqqətini artırıb: “Bu dəhliz ABŞ-a Mərkəzi Asiyaya çıxış imkanları qazandıra bilər. Vaşinqton bu dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrindən xammal və enerji məhsulları, eləcə də strateji əhəmiyyətə malik olan məhsullar tədarük edə bilər, həmçinin öz məhsullarını da region ölkələrinə ixrac etmək imkanı əldə etmiş olar. Əgər ABŞ “Orta Dəhliz”-in iştirakçı ölkəsinə çevrilərsə, Vaşinqton həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada böyük investisiya layihələri həyata keçirəcək”.
Çinin də Zəngəzur dəhlizinə marağı böyükdür
İ.Vəlizadə vurğulayıb ki, digər beynəlxalq güc mərkəzləri də, xüsusilə Çin də Zəngəzur dəhlizinə maraq göstərir və bu kommunikasiyada üstün mövqe tutmaq niyyətlərini gizlətmirlər. “Hesab edirəm ki, bu dəhlizdə geniş imkanlara sahib olmaq uğrunda ABŞ ilə Çin arasında geoiqtisadi rəqabətin baş verməsi mümkündür. Vaşinqton qətiyyən dəhlizin Çinin nəzarətinə keçməsini istəməz. Buna görə də Çini qabaqlamaq üçün müəyyən addımlar atacaq. Nəticə etibarı ilə bu, Zəngəzur dəhlizinin əhəmiyyətini təkcə regional deyil, həmçinin beynəlxalq səviyyədə artıracaq”.
Vaşinqton Azərbaycan və Gürcüstanla münasibətləri normallaşdırmaq üçün səylər göstərəcək
Politoloq bildirib ki, yeni beynəlxalq iqtisadi münasibətlər fonunda Cənubi Qafqaz ABŞ-ın xüsusi diqqət mərkəzində olacaq, ən önəmlisi isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə bu regionda ciddi siyasi və iqtisadi dəyişikliklərin baş verməsi Vaşinqton üçün daha maraqlıdır. “Tramp ABŞ-ın Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışacaq. ABŞ-ın Cənubi Qafqazda mövqeyi xeyli zəifləyib. Ona görə ki, əvvəlki administrasiya regionda çox ədalətsiz, irrasional və qeyri-peşəkar siyasət yürüdürdü - Ermənistanla münasibətləri normallaşdırdığı halda Azərbaycan və Gürcüstanla münasibətləri korlamışdı. Hazırki administrasiya Azərbaycan və Gürcüstanla münasibətləri normallaşdırmaq üçün səylər göstərəcək, Bakı və Tbliisi ilə dialoqu bərpa edəcək. Bu baxımdan ABŞ Dövlət Departamentinin rəsmilərinin regiona səfərləri gözləniləndir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54

