Həsrətin sonu, qovuşmağın başlanğıcı!
02.09.2025 [08:43]
32 ildən sonra ünvanına çatan qatar...
32 il... Bəziləri üçün bu, sadəcə, bir rəqəmdir. Ancaq 32 il bir insan ömrünün yarısı, bir uşağın böyüməsi, bir ananın saçına dən düşməsi üçün kifayət qədər uzun zamandır. Bu rəqəm eyni zamanda bir xalqın ümidini sınamaq, gözündəki işığı sındırmaq üçün yetəcək qədər acı dolu illərdir. 32 il qaçqınlıq- bir parça torpaq həsrəti, yurd nisgili, gözlərdəki yaş, ürəklərdəki nisgil demək idi.
1993-cü ilin o qara günlərindən sonra Ağdamda yüz minlərlə insan ev-eşiyindən didərgin düşmüşdü. Doğma evini tərk edən hər bir insan ümidini itirmişdi. Dədə-baba yurdunu görmədən böyüyən uşaqlar vardı. Onlar Ağdamı yalnız valideynlərinin hekayələrindən eşitmişdi. O torpaqdan ayrılanlar üçün hər gün bir ömür qədər uzun idi. Çadırlarda, yataqxanalarda, yarımçıq evlərdə böyüyən uşaqların gözündə daim bir sual vardı: “Bizim evimiz hanı?, Biz nə vaxt qayıdacağıq?, Niyə öz evimizdə deyilik?” Cavab isə həmişə susqunluqla verilirdi...
Ərini müharibədə itirən qadınlar vardı. Onlar üçün Ağdam yalnız qara paltarda, göz yaşı ilə xatırlanan torpaq idi. Ömrünün son illərini çadırlarda, yataqxanalarda keçirən qocalar vardı. Onların ən böyük arzusu ölməzdən əvvəl bir dəfə də olsa kəndinə, evinə qayıtmaq idi. Çoxu isə bu arzu ilə haqq dünyasına qovuşdu.
Qaçqınlıq həyatı yalnız məişət çətinliyi deyildi. Bu, mənəvi çöküş idi.
30 avqust 2025-ci il. Bakıdan Ağdama ilk qatar yola düşdü. Saat 07:10-da fit çalındı. Bu, sadəcə texniki başlanğıc deyildi, bu, bir xalqın taleyində yeni səhifənin başlanğıcı idi. Dəmir relslərin səsi ümidin döyüntüsü idi...
Sanki qatarın təkər səsi deyirdi: “Həsrət bitdi, ümidlər, arzular gerçək oldu. Siz qayıdırsınız!...”. Relslər üstündə irəliləyən sadəcə dəmir parçası deyildi. Qatarın təkər səsi illərin həsrətini, göz yaşlarını, qurbanlarını da daşıyırdı. Hər vaqonun pəncərəsindən sanki bir xalqın yaddaşı boylanırdı - köçkün düşərgələrində oynayan uşaqlar, yurdunu düşünə-düşünə qocalan analar, “görəsən bir gün qayıdarıqmı?” deyən insanlar...
O qatarda gənclər də vardı, qocalar da, uşaqlar da, qadınlar da. Hər kəsin gözlərində başqa bir duyğu oxunurdu. Kimi sevinirdi, kimi kövrəlirdi, amma hamının ürəyində bir qürur vardı: “Biz bu torpağa qalib kimi qayıdırıq!”
Qatar təkcə sərnişin daşımır, həm də 32 illik bir tarix, 32 illik bir həsrət daşıyırdı. İllərlə qırılan ümidləri, doğma yurdun qoxusunu, həsrət çəkən insanların qəlbində gizlənmiş arzuları daşıyırdı.
Ağdam bir zamanlar Qarabağın ürəyi idi. Musiqisi, toyları, çörəyi, insanlarının səmimiyyəti ilə məşhur idi. Amma toy çadırlarının səsi susdu, xanəndələrin nəğməsi yarıda qaldı, şəhəri dağıntı, viranəlik bürüdü. Ev yox, küçə yox, həyət yox, həyat yox... Bakıdan Ağdama yola düşən qatar bu yoxluğa doğru ümidlə yüklənib yol almışdı. Ümidlərin işığında o torpaqlar yenidən nəfəs alır. Yeni dəmir yolu, yeni terminal, yeni yollar - hər şey dirçəlişin işarəsidir.
Ağdama gedən qatar əslində, bütün Azərbaycanın qatarıdır. Bu, bir millətin dirənişinin, qürurunun, qayıdışının simvoludur. İllərlə susdurulmuş, amma heç vaxt sönməmiş arzuların təntənəsidir. O vaqonlarda oturan uşaqlar artıq yurd həsrəti ilə deyil, gələcək arzuları ilə böyüyəcək. Onların xəyalı qaçqınlıq düşərgəsinin, şəhərciklərin həyətində yox, doğma Ağdamın küçələrində qurulacaq.
Qatar bu dəfə həsrətə yox, qovuşmağa, ağrıya yox, sevincə, qaçqınlığa yox, doğma yurda yola düşdü. Hər kəsin yanında görünməz sərnişinlər vardı - şəhidlərin ruhu. Onlar da bu qatarla Ağdama qayıdırdı...
Həsrət bitdi, qayıdış başladı, 32 ildən sonra Ağdama gedən qatar sadəcə bir nəqliyyat vasitəsi deyildi. Relslər üzərində hərəkət edən qatar sabah həyatın hər sahəsində yeni nəfəs olacaq. Ağdamda yenidən toy sədaları eşidiləcək, uşaqlar məktəbə yolanacaq. Amma heç kim unutmayacaq ki, bu yolun hər qarışı göz yaşı ilə sulanıb, hər relsi şəhid qanı ilə möhkəmlənib. Ağdama gedən qatar həm də əbədiyyətə gedən yolun, sabaha ümidin rəmzidir.
Çünki 32 ildən sonra hər şey dəyişdi - artıq qatar həsrətə yox, qovuşmağa gedir...32 illik bir yoldan keçərək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

