Azərbaycan regionda ədalət, inkişaf və təhlükəsizliyin əsas təminatçısıdır
02.09.2025 [17:21]
Hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır.
Cənab Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına geniş müsahibə verərək sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual mövzular haqqında fikirlərini geniş ifadə edib. Dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən ətraflı bəhs edərək Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Çünki imzalanmış sənədlər müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident ümid etdiyini bildirib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər.
Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq Zəngəzur dəhlizinə diqqət çəkmişdir. Dövlət başçısının sözləri ilə: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.” Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır.
Zəngəzur dəhlizi eyni zamanda Avrasiyanın nəqliyyat xəritəsində yeni bir alternativ marşrutun formalaşmasına xidmət edəcəkdir. Bununla da Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətində beynəlxalq logistika mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə bütün region ölkələri üçün qalib–qalib modelidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yalnız Azərbaycanın qələbəsini və əldə etdiyi uğurları təsdiqləmir, eyni zamanda gələcək üçün strateji yol xəritəsini də ortaya qoyur.
Möhtərəm Prezidentimizin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə həm Azərbaycanın əldə etdiyi nailiyyətlərin, həm də gələcək hədəflərinin geniş mənzərəsini təqdim edir. Müsahibə göstərir ki, Azərbaycan yalnız iqtisadi göstəricilərə görə deyil, həm də siyasi mövqeyinə görə regionda lider dövlətdir. Prezidentin hər bir çıxışı faktlara əsaslanır, real rəqəmlərlə dəstəklənir və gələcəyə yönəlmiş strateji baxışı əks etdirir. Azərbaycanın iqtisadi inkişaf modeli, enerji siyasəti, nəqliyyat dəhlizlərinin qurulması və sülh təşəbbüsləri həm ölkənin, həm də regionun gələcəyini müəyyən edir. Bu mənzərədə Azərbaycan yalnız öz maraqlarını müdafiə etmir, həm də region dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Ona görə də dövlət başçısının müsahibəsi, sadəcə, diplomatik açıqlama deyil, həm də Azərbaycanın gələcək vizionunun konseptual ifadəsidir.
Möhtərəm Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi həm Azərbaycanın keçdiyi çətin tarixi yolun xatırladılması, həm də gələcəyə dair aydın mesajların verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan artıq regionda sülh və əməkdaşlıq gündəliyini diktə edən aparıcı dövlətdir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

