Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MÜSAİD-in Prezidenti: 500-ə yaxın tələbə bizim proqramla püxtələşib

MÜSAİD-in Prezidenti: 500-ə yaxın tələbə bizim proqramla püxtələşib

01.11.2025 [11:46]

"Beynəlxalq əməkdaşlığı artırmaq məqsədilə bir çox proqramlar həyata keçirmişik. Bu proqramlar arasında Avrasiya Gənc İş Adamları Forumu ilk və önəmli təşəbbüslərimizdən biridir".

Bu sözləri Yeniazerbaycan.com-a açıqlamasında Gənc MÜSAİD Prezidenti Mağsum Usta deyib.

"Hazırda bizim “Gənc Ticarət Elçiləri” adlı layihəmiz fəaliyyət göstərir. Bu layihə çərçivəsində biz xarici tələbələrə Türkiyədə təhsil imkanı yaradır və onları ixtisaslaşdırırıq. Onların sırasında azərbaycanlı tələbələr də yer alır. Bu günə qədər 500-ə yaxın gənc bu proqram vasitəsilə yetişdirilib və onların fəaliyyəti nəticəsində təxminən 250 milyon dollarlıq ixracata töhfə verilib. Layihədə iştirak edən azərbaycanlı gənclər də bu uğurlu nəticələrin bir hissəsidir" - deyə, Mağsum Usta bildirib.

Onun sözlərinə görə, hazırda həmin gənclərin bir qismi öz şirkətlərini qurub, digərləri isə Türkiyənin müxtəlif şirkətlərində çalışaraq iqtisadi əlaqələrin güclənməsinə töhfə verirlər.
Bu, ölkələrimiz arasında uğurlu inteqrasiya və əməkdaşlığın bariz nümunəsidir.

Aytən Rəhimli

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30