Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyənin Gebze bölgəsində 21 bina boşaldılıb

Türkiyənin Gebze bölgəsində 21 bina boşaldılıb

02.11.2025 [09:51]

Oktyabrın 29-da Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın yerləşdiyi ərazidə 28 iş yeri və 21 bina boşaldılıb.

AZƏRTAC xəbər verir ki, bölgədəki binaların bir neçəsində ağır zədənin müəyyən edildiyi, bəzilərinin isə daşıyıcı sütunlarında çatlaqların olduğu bildirilir.

Hadisənin baş verdiyi bölgəyə baxış keçirən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ərazidə genişmiqyaslı araşdırmaların başladıldığını deyib.

Tədqiqatlara 40-a yaxın mütəxəssis cəlb olunub. Bölgədən 250-dən artıq vətəndaş təxliyə edilib.

Xatırladaq ki, Gebzedə binanın çökməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30