Alimlər psixopatlarla normal insanlar arasında əsas bioloji fərqi aşkarlayıblar
02.11.2025 [15:28]
Elm adamları psixopatlarla qeyri-psixopat insanlar arasında beyin strukturlarında əhəmiyyətli bioloji fərq müəyyən ediblər.
AZƏRTAC “scitechdaily.com” portalına istinadla xəbər verir ki, Sinqapurun Nanyang Texnoloji Universiteti, Pensilvaniya Universiteti və Kaliforniya Dövlət Universitetinin alimlərinin apardığı tədqiqat göstərib ki, psixopatik xüsusiyyətlərə malik şəxslərin beynindəki “striatum” adlı ön beyin bölgəsi digərlərinə nisbətən təxminən 10 faiz daha böyükdür. “Striatum” motivasiya, qərar qəbul etmə və mükafat hissi kimi funksiyalara cavabdehdir. Onun daha böyük olması psixopatlarda impulsiv davranış və daha güclü stimullaşdırma ehtiyacı ilə əlaqələndirilir. Tədqiqat zamanı ABŞ-də 120 nəfərin beyin MRT müayinələri və psixopatiya testləri aparılıb. Nəticələr göstərib ki, həm kişilərdə, həm də qadınlarda daha böyük striatum psixopatik meyllərlə əlaqəlidir. Normalda beyin inkişaf etdikcə striatum kiçilir, lakin psixopatlarda bu azalma müşahidə olunmur.
Tədqiqatın müəlliflərindən, NTU-nun neyrokriminoloqu Olivia Choy bildirib ki, bu nəticələr antisosial davranışların yalnız sosial və ətraf mühit amilləri ilə deyil, beynin bioloji quruluşu ilə də bağlı ola biləcəyini göstərir.
Pensilvaniya Universitetindən professor Adrian Raine isə qeyd edib ki, striatumun ölçüsü kimi bioloji xüsusiyyətlər irsən keçə bilər və bu, psixopatiyanın genetik və inkişafla bağlı köklərini aydınlaşdırmağa kömək edir.
Tədqiqatın nəticələri “Journal of Psychiatric Research” jurnalında dərc olunub. Alimlər növbəti mərhələdə striatumun niyə bəzi insanlarda böyüdüyünü və bunun psixopatik xüsusiyyətlərə necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

