Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / TƏBİB: Oktyabrın 8-dən noyabrın 2-dək 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub

TƏBİB: Oktyabrın 8-dən noyabrın 2-dək 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub

03.11.2025 [17:30]

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-dən noyabrın 2-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30