/ / Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirildi
Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirildi
05.11.2025 [11:38]
YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində tarixi Qələbəmizin 5-ci ildönümününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirildi.
Tədbir Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının ziyarətilə başlandı.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq iştirakçıları salamladı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir barədə ətraflı məlumat verərək onları Möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə təbrik etdi. Rayon təşkilatının sədri bildirdi ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Möhtəşəm Qələbəmizin 5-ci ildönümüdür. Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider - xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edildi. Natiq onu da qeyd etdi ki, bu gün də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır. Sonda A.Nəbiyev müstəqil, suveren Azərbaycanın Konstitusiya quruluşunun bütün suveren ərazilərimizdə bərqərar olmasından, üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərdə əzəmətlə dalğalanmasından danışaraq tədbir iştirakçılarını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik etdi.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbir iştirakçılarını Möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edərək Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışdı. M. Alıyev mövcud Azərbaycan reallıqlarından, Ulu Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın zaman - zaman öz hədəflərinə çatmasından geniş bəhs etdi və tədbir iştirakçılarına bayram əhval - ruhiyyəsi arzuladı.
Tədbirdə partiya fəallarından Samir Çobanov, Esmira Şıxməmmədova, Pəri İbrahimova, şəhid atası Elxan Abdullayev 8 noyabr - Zəfər Günü ilə bağlı ətraflı çıxış etdilər. Partiya veteranı şair Cavanşir Rüstəm və Kazım Kazımlı Möhtəşəm Zəfərə həsr etdikləri şeirlərini səsləndirdilər.
Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompazisiya ilə çıxış etdilər.
Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu, onlara hədiyyələr verildi.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22

