Gəncədə 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib
08.11.2025 [19:45]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə,YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Türkiyənin Gəncədəki vitse-konsulu Yığıt Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, QMİ Qazılar Şurasının sədri Hacı Tahir Abbasov, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, partiya fəalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Gəncə şəhər təşkilatının inzibati binasında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edərək, bildirib ki, , beş il əvvəl, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. O vurğulayıb ki, bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlət-xalq birliyinin və 30 illik ədalətsizliyə qarşı tarixi ədalətin bərpasıdır. Niyazi Bayramovun sözlərinə görə, Zəfər Günü yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcəyə olan inamın, milli iradənin təntənəsidir.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə dünyada yaşayan bütün xalqların tarixində əlamətdar, müqəddəs günləri olduğunu diqqətə çatdırıb: “Belə əlamətdar günlər heç vaxt unudulmur, daim qürurla, iftixarla yad edilir. Çünki həmin günlər yalnız bir dövrün deyil, bütöv bir millətin tarixini, dünənini, bu gününü və sabahını dəyişdirir. Nə xoşbəxtik ki, Azərbaycan xalqının taleyində bu cür günlər çoxdur. Belə əlamətdar günlərdən biri də 2020-ci ilin 8 noyabrında düşmən üzərində qazanılmış qələbənin şərəfinə təntənə ilə qeyd olunan Zəfər Günüdür. Bu gün Azərbaycan xalqının qürur, şərəf və iftixar tarixidir”.
Xüsusi Təyinatlıların Qazilərinin, Şəhid ailələrinin, Veteranların və Qazilərin İctimai Birliyinin sədr müavini Elçin Həsənov çıxış edərək, bildirib ki, 44 gün davam edən və Zəfərimizlə başa çatan müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyini, müdrikliyini, dövlətimizin gücünü, ordumuzun qüdrətini, xalqımızın sarsılmaz gücünü, birliyini və iradəsini dünyaya göstərdi. Otuz ilə yaxın davam edən işğalın, sarsıntıların, danışıqların sonunda Azərbaycan xalqı öz tarixi torpaqlarını gücü, qüdrəti və qəhrəmanlığı ilə azad etdi. Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi.
44 Günlük Vətən müharibəsinin hər anını qardaş ölkə olaraq Türkiyə Azərbaycanla birgə yaşadığını bildirən Türkiyənin Gəncədəki vitse-konsulu müavini Yığıt Yalın Soyal qeyd edib ki, Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva cıxış edərək bildirib ki, bu gün xalqımızın əzmini, birliyini və qələbəsini təcəssüm etdirir. Azərbaycan xalqı artıq öz taleyinə sahib çıxmış, müstəqil dövlətini qurmuş və inkişaf etdirmişdir. 8 Noyabr – yalnız tarix deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır: Azərbaycanın suverenliyi əbədi, müstəqilliyi dönməz, dövlətçiliyi sarsılmazdır.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, zaman hiss olunmadan ötüb keçir. Artıq tarixi Zəfərimizin beş ili tamam olur. Rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 2020-ci ilin payızında, 44 gün ərzində erməni işğalçılarını məğlub edərək, Azərbaycan xalqına Zəfər sevinci yaşatdı, regiona sülh gətirdi. Şanlı Azərbaycan Ordusu ərazilərimizlə yanaşı, tarixi və milli kimliyimizi də, qürurumuzu da özümüzə qaytardı. İkinci Qarabağ müharibəsində qazanılan qələbəmiz tarixin səhifələrinə böyük hərflərlə yazıldı. Bu şanlı tarixlə, bu şanlı Zəfərlə Azərbaycan xalqı bütün zamanlarda fəxr edəcək.
Tədbir Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

