Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü təntənəli bayram konserti ilə qeyd edilib

Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü təntənəli bayram konserti ilə qeyd edilib

08.11.2025 [19:52]

Noyabrın 8-də  Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli bayram əhvali-ruhiyyəsində iştirak edib.

Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhid ailələri və müharibə veteranları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhid məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub, Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri və kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və "Əsgərə məktub" aksiyası bayram tədbirinə əlavə rəng qatıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O, çıxışında bildirib ki, bu şanlı və tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin memarı olduğu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük  uğurla həyata keçirdiyi siyasətin, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.

Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.

Tədbirin sonunda atəşfəşanlıq olub.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30