Güclü gələcək naminə...
09.11.2025 [09:29]
Azərbaycanın elmə, təhsilə qayğı siyasəti uğurla davam etdirilir!
Elm suallar verməkdən qorxmayan insanların yolu, cəhalətin zülmətə qarşı yandırılmış bir çırağıdır. Bu gün texnologiyanın, süni intellektin, tibbi inqilabların, iqlim tədqiqatlarının içində yaşayırıq. Amma bütün bunların kökündə elmə olan inam, araşdırma ruhu və həqiqəti tapmaq istəyi dayanır. Elm sadəcə laboratoriyalarda baş verən bir proses deyil. O, cəmiyyətin düşüncə tərzini formalaşdırır, gənclərin marağını oyadır, dünyanı daha yaşanmalı bir yerə çevirir.
Hər il 10 noyabr tarixi bütün dünyada Elm Günü kimi qeyd olunur. Bu gün yalnız elm adamlarının bayramı deyil, insanlığın tərəqqisini, düşüncənin gücünü və biliklə dəyişən dünyanın simvoludur.
Tarixə baxdıqda görürük ki, Azərbaycanın elm sahəsindəki töhfələri mühüm olub. Bugünlərdə Azərbaycan elminin məbədi sayılan Milli Elmlər Akademiyası artıq 80 illik yubileyini qeyd etdi. Ötən 80 ildə böyük yol keçilib, güclü kadr potensialı formalaşıb, alimlərimiz öz axtarışları və kəşfləri ilə ölkəmizin inkişafına dəyərli töhfələrini veriblər. Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında keçilən şərəfli yolu xatırlatmaqla elmimizin uğurlarından məmnunluğunu bildirib, həmçinin yeni çağırışlar dönəmində qarşıda duran vəzifələrə diqqət çəkib.
Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində paytaxtda və regionlarda 800-dən çox yeni məktəb binası tikilərək istifadəyə verilib, ali məktəblərin sayı 12-dən 17-yə çatdırılıb, tələbə kontingenti 70 mindən 100 minə qədər artıb. Eləcə də məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Təhsillərini başa vurduqdan sonra Vətənə dönən həmin gənclər uzun illər ərzində milli kadr potensialının özəyini təşkil ediblər.
Son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlər əsasında həm təhsildə, həm də elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. İndiyədək Azərbaycan gənclərinin dövlət vəsaiti hesabına dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almalarını özündə ehtiva edən bir neçə Dövlət Proqramının icrası uğurla tamamlanıb. Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” həyata keçirilir. 2025-2026-cı tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıb. Nəticə etibarı ilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Paralel şəkildə, ölkəmizdə elmin inkişafını hədəfləyən çoxsaylı sənədlər imzalanıb və maddi-texniki baza davamlı olaraq möhkəmləndirililib. Böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşası, həmçinin elmi-tədqiqat institutlarının yüksək səviyyədə təmiri və avadanlıqlarla təchiz edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. 2009-cu ildə Elm Fondu yaradılıb, elmin inkişafı üzrə Milli Strategiya, müvafiq Dövlət Proqramı, “Elm haqqında” qanun qəbul edilib. Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Bütövlükdə, elmin inkişafını hədəfləyən tədbirlərin siyahısı çox uzundur.
Elm Günü dünyanın müxtəlif ölkələrində elmin inkişafını təbliğ etmək və ona olan marağı artırmaq məqsədi güdür. Azərbaycanın elm sahəsindəki töhfələri də bu gün elmin hər sahəsində əhəmiyyətli irəliləyişlərin göstəricisidir. Elm və texnologiyanın inkişafı, insan cəmiyyətinin rifahı üçün vacib olan ən əsas amillərdən biridir. Ölkəmizin bu istiqamətdə gördüyü işlər, gələcəkdə daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir.
Bir sözlə, elmə verilən hər bir dəstək gələcəyə qoyulan sərmayədir. Çünki elm bizi yalnız tərəqqiyə aparır, insanı düşünməyə, sual verməyə və doğru cavabı tapmağa sövq edir. Bu gün elmə dəyər vermək sabahın daha işıqlı, daha ədalətli dünyasını qurmaq deməkdir...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08

