Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Omanla İran arasında Hörmüz boğazındakı vəziyyət müzakirə edilib

Omanla İran arasında Hörmüz boğazındakı vəziyyət müzakirə edilib

05.04.2026 [19:21]

Oman Sultanlığı ilə İran arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC Oman Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata istinadla xəbər verir ki, bu gün iki ölkənin xarici işlər nazirliklərinin müavinləri səviyyəsində görüş keçirilib. Görüş zamanı regionda mövcud vəziyyət fonunda Hörmüz boğazından keçidin fasiləsizliyinin təmin olunması üçün mümkün variantlar nəzərdən keçirilib.

Məlumata görə, müzakirələr İran rəsmisinin ötən cümə axşamı verdiyi açıqlamadan sonra baş tutub. Həmin açıqlamada bildirilirdi ki, Tehran Oman Sultanlığı ilə birlikdə boğazda tranzit hərəkətinin monitorinqi üçün xüsusi protokol üzərində işləyir.

Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün təxminən beşdə birinin daşındığı strateji əhəmiyyətli dəniz marşrutlarından biri hesab olunur.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

77 yaşlı NATO...

04 Aprel 09:30

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Aprel 09:15  

Sosial

Ədəbiyyat

Gündəm

Tehrandan zəng

04 Aprel 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30