Uçot dərəcəsi dəyişmədi
04.04.2026 [10:53]
Mərkəzi Bank təmkinli pul siyasəti yürütməkdədir
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə aprelin 2-dən etibarən faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, uçot dərəcəsi 6,5 faiz səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin aşağı həddi 5,5, dəhlizin yuxarı həddi isə 7,5 faiz həddində saxlanılıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib.
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 faiz) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
İnflyasiya daha çox xarici amillərin təsiri altında formalaşır
Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. MB bildirir ki, inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. Hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır. Belə ki, qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində yüksəlmələrin baş verməsi ölkəyə inflyasiya idxalında təsiredici rol oynayıb. Təhlillərə əsasən, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalmaqla, qiymət indeksi risklərini aktual saxlayır.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun və digər agentliklərin məlumatlarına görə, 2026-cı ilin birinci rübündə əmtəə qiymətləri indeksi illik 0,9 faiz, o cümlədən ərzaq qiymətləri indeksi cüzi artıb. Məhz bu amillər qlobal mühitdə yeni qiymət artımları dalğasına səbəb olur, Mərkəzi Bankın bu prosesləri nəzərə alaraq müvafiq çərçivədə addımlar atacağı istisna deyil.
Valyuta bazarında vəziyyət əlverişli olaraq qalır
Aparılan dəyərləndirmələr göstərir ki, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri və valyuta bazarında vəziyyət əlverişli olaraq qalır. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27,7 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin ilk rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 11,7 milyard dollara çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1,1 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin təsirini minimallaşdırılıb.
İnflyasiya ilə mübarizə tədbirləri davam etdiriləcək
Mərkəzi Bank qarşıdakı aylarda inflyasiya risklərinin qalacağını istisna etmir. Qiymətləndirmələrə görə, regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif - xərc amilləri mühüm olaraq qalır.
Bu ssenariyə uyğun olaraq Mərkəzi Bank 2026-cı ilin ikinci rübü və ümumilikdə il ərzində müxtəlif ssenarilər üzrə qiymətləndirmələr apararaq antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirəcək. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə, adekvat siyasət addımları atılacaq. Əsas məqsəd inflyasiyanın birrəqəmli həddə saxlanılmaqla həm də uçot siyasətini sabit saxlamaqdır. Bu amillər nəzərə alınmaqla, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 Aprel 13:15
Dünya
05 Aprel 12:50
Xəbər lenti
05 Aprel 12:23
Dünya
05 Aprel 11:49
İdman
05 Aprel 11:16
Dünya
05 Aprel 10:58
Xəbər lenti
05 Aprel 10:20
Dünya
05 Aprel 09:42
İdman
05 Aprel 09:30
Dünya
05 Aprel 09:14
Dünya
05 Aprel 08:51
İdman
05 Aprel 08:33
Elm
05 Aprel 07:31
Dünya
05 Aprel 07:25
Elm
05 Aprel 06:47
Dünya
04 Aprel 23:18
Dünya
04 Aprel 22:25
Dünya
04 Aprel 21:30
Dünya
04 Aprel 20:33
İqtisadiyyat
04 Aprel 19:22
Sosial
04 Aprel 18:19
Siyasət
04 Aprel 17:58
Xəbər lenti
04 Aprel 17:54
Dünya
04 Aprel 17:40
Dünya
04 Aprel 16:29
Dünya
04 Aprel 15:32
Sosial
04 Aprel 15:10
Sosial
04 Aprel 14:44
Dünya
04 Aprel 14:16
YAP xəbərləri
04 Aprel 13:23
Gündəm
04 Aprel 12:20
Gündəm
04 Aprel 11:55
Gündəm
04 Aprel 11:37
Gündəm
04 Aprel 11:33
Gündəm
04 Aprel 11:19
İqtisadiyyat
04 Aprel 10:53
Gündəm
04 Aprel 10:36
Gündəm
04 Aprel 10:12
Xəbər lenti
04 Aprel 10:03
İqtisadiyyat
04 Aprel 09:58
Gündəm
04 Aprel 09:42
Analitik
04 Aprel 09:30
Ədəbiyyat
04 Aprel 09:15
Gündəm
04 Aprel 09:11
Sosial
04 Aprel 08:51
Ədəbiyyat
04 Aprel 08:37
Gündəm
04 Aprel 08:12
Siyasət
03 Aprel 23:22
Dünya
03 Aprel 23:14
Dünya
03 Aprel 22:46
Dünya
03 Aprel 22:17
YAP xəbərləri
03 Aprel 22:08
İdman
03 Aprel 21:55
Dünya
03 Aprel 21:29
YAP xəbərləri
03 Aprel 21:14
Elm
03 Aprel 20:52
Turizm
03 Aprel 20:21
İdman
03 Aprel 19:45
Dünya
03 Aprel 19:17
YAP xəbərləri
03 Aprel 18:58
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Gündəm
03 Aprel 16:47
Dünya
03 Aprel 16:36
Gündəm
03 Aprel 16:28
Siyasət
03 Aprel 16:21
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03

