Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

05.04.2026 [20:38]

ABŞ və İsrailin İrana qarşı uzunmüddətli müharibəsi Amerikanın Kiyevə dəstəyini daha da zəiflədə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibəsində söyləyib.

Prezidentin sözlərinə görə, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var. Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb.

Zelenski etiraf edib ki, Yaxın Şərqdəki yeni müharibə fonunda Ukrayna artıq beynəlxalq diqqət mərkəzində deyil. Prezident bildirib ki, buna görə də Kiyev İran üzərində uzunmüddətli münaqişənin ABŞ-nin dəstəyinin daha da azalmasına səbəb olacağından qorxur.

“Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik”, - deyə Ukrayna lideri vurğulayıb.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

77 yaşlı NATO...

04 Aprel 09:30

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Aprel 09:15  

Sosial

Ədəbiyyat

Gündəm

Tehrandan zəng

04 Aprel 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30