Alimlər: Nəhəng “vanna halqası” Marsdakı qədim okeanın konturlarını göstərə bilər
16.04.2026 [20:33]
Orbitdə hərəkət edən peyklərdən və yerüstü gəmilərdən əldə edilən çoxlu dəlillər göstərir ki, Marsın səthində bir vaxtlar gölməçələr, göllər və çaylar şəklində maye su mövcud olub. Lakin Qırmızı planetin şimal düzənliklərində nəhəng və uzunömürlü bir okeanın olması fikri alimlər arasında mübahisə mövzusu olaraq qalır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, alimlər artıq on il Marsın ətrafında fırlanan NASA zondu tərəfindən toplanan məlumatlardan istifadə edərək Yer kürəsinin planetar qonşusundakı bu ehtimal olunan okeanın konturlarının nə ola biləcəyini aşkar ediblər. Onların tədqiqatları Yer okeanlarının sərhədlərini müəyyən edən kontinental şelfin Mars ekvivalentinin mövcudluğunu göstərir.
Alimlər bunu suyun bir vaxtlar Marsda qovuşduğu yeri göstərən nəhəng “vanna halqası” ilə müqayisə ediblər. Marsda Yer qitələrinin əmələ gəlməsinə səbəb olan plitə tektonikası adlanan geoloji prosesin olmadığı üçün tədqiqatçılar onun relyef formalarını sahil şelfi adlandırırlar. Yer və Günəş sisteminin digər planetləri kimi, Mars da təxminən 4,5 milyard il əvvəl əmələ gəlib. Qırmızı planet yarandığı vaxt indiki soyuq və quraq yerdən daha isti və rütubətli olub.
“Mars okeanı bu planetin təxminən 3,7 milyard il əvvəl axan çayları və gölləri olan aktiv hidroloji dövründə mövcud ola bilərdi və planet quruduqca, onun yoxa çıxdığı ehtimal olunur. Suyun dəqiq hara getdiyi hələ də müzakirə mövzusu olaraq qalır”, -deyə “Nature” jurnalında dərc olunmuş tədqiqatın aparıcı müəllifi, Texas Universitetinin planetar alimi Abdallah Zəki “bildirib.
Marsda sahil şelfi milyonlarla il ərzində çayların okeana qum və palçıq tökməsi, dalğaların bu çöküntüləri ətrafa yayması və dəniz səviyyəsinin zamanla qalxıb-enməsi səbəbindən əmələ gəlmiş ola bilər. Yuxarıdan baxanda, bu şelfi təşkil edən çöküntü süxuru zahirən suyu boşaldılan vannanın içindəki halqaya bənzəyir.
Alimlər, həmçinin qədim çay deltalarının qalıqları kimi görünən çoxsaylı relyef formalarını müəyyən ediblər ki, burada çaylar daha böyük bir su hövzəsinə axmış ola bilərdi. “Marsda ehtimal olunan şimal okeanı çoxdan quruyub və milyardlarla ildir ki, bu planetdə vulkanik aktivlik və külək aşınması müşahidə olunur, ona görə də qədim relyef formalarını şərh etmək asan deyil”, - deyə Kalteks planetar alimi və tədqiqatın baş müəllifi Maykl Lemb bildirib. O əlavə edib ki, dəlillər birlikdə götürüldükdə, uzunömürlü qədim okeana işarə edir. Bu o deməkdir ki, Mars bir vaxtlar indikindən daha çox Yer kürəsinə oxşayırdı.
Okeanın mövcudluğu Marsda nə vaxtsa həyatın ola biləcəyi ilə bağlı tədqiqatda mühüm amil ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

