Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabah Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq

Sabah Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda forum işə başlayacaq

29.04.2026 [11:55]

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 30-u və mayın 1-də Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahələri üzrə mütəxəssislər, eləcə də gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak edəcəklər.

Tədbir çərçivəsində kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin rolu, beynəlxalq əməkdaşlıq və həmrəylik mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə öz müqəddəratını təyinetmə prosesinin dəstəklənməsi, dekolonizasiya məsələlərinin sürətləndirilməsi və bu istiqamətdə mövcud problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda, etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə olunacaq.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31