/ / Gəncədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Gəncədə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
10.05.2026 [18:52]
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçlığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Ulu Öndərin adını daşıyan Mərkəzdə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP İdarə Heyətinin üzvü,YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin partiya fəalları iştirak ediblər.
Əvvəlcə rəsmilər Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında danışmaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Çünki dahi şəxsiyyət Heydər Əliyev təkcə dövlət rəhbəri deyil, müasir müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı və dövlətçilik ideologiyasının banisidir.
Niyazi Bayramov vurğulayıb ki, Ulu Öndər Gəncəyə hər səfərində şəhərin inkişafına xüsusi diqqət göstərib, sakinlərlə səmimi görüşlər keçirib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. “Məhz Heydər Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı bu gün də şəhərimizin simasında, onun inkişafında və insanların rifahında öz əksini tapır”, – deyə o bildirib.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədrİ Bayram Aslanov Azərbaycanın hər qarış torpağını dərindən sevən Ulu Öndər Heydər Əliyevin ideyaları, dövlətçilik fəlsəfəsi və xalqına olan sonsuz məhəbbətindən söz açıb:”Dahi rəhbərin bizə miras qoyduğu siyasi irs yalnız dünənin deyil, bu günün və sabahın da yol göstəricisidir”.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov dahi şəxsiyyət Heydər Əliyevin nurlu xatirəsinin qəlbimizdə, yaddaşlarda əbədi yaşadığını diqqətə çatdıraraq, bildirib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.
Fəal gənc Xalidə Nəbiyeva çıxışında müasir Azərbaycan gəncliyinin Ulu Öndərin ideyalarına sadiq qalaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçilik ənənələrinin qorunması və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvünə “Təşəkkürnamə”, partiyaya yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib, Ulu Öndərin xatirəsinə ithaf olunan musiqisi Kamala, sözləri ilsə Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatıb.
Yekunda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

