Sülhün müəllifi bizik!
13.05.2026 [12:21]
İlham Əliyev: Biz istəməsəydik, sülh olmayacaqdı...
Azərbaycan regionda sabitliyin əsas təminatçısı kimi çıxış edərək Cənubi Qafqazda yeni siyasi-təhlükəsizlik arxitekturasının formalaşmasına nail olub. 2020-ci il Vətən müharibəsində, 2023-cü il antiterror tədbirlərində əldə olunan zəfər, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası yalnız hərbi qələbə ilə məhdudlaşmadı, eyni zamanda bölgədə uzun illər davam edən qeyri-müəyyənliyə son qoyan fundamental geosiyasi reallıq yaratdı. Bu gün məhz Azərbaycanın təşəbbüsü və iradəsi ilə irəli sürülən sülh gündəliyi regional inkişafın əsas istiqamətini müəyyənləşdirir. Kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiya imkanları və təhlükəsizlik mexanizmləri Bakının müəllifi olduğu bu prosesin tərkib hissəsidir. Ötən ilin yayında Vaşinqtonda özünün beynəlxalq təsdiqini tapan sülh planı Bakının müəllifliyi ilə yeni gələcək vəd edir.
Sülh prioriteti...
Ölkəmizin qətiyyəti, müharibədə qazanılan zəfər, antiterror tədbirlərində əldə olunan uğur Azərbaycanın Cənubi Qafqazda bütün münasibətlər sistemini yenidən qurduğuna işarədir. Belə ki sülh sazişinin paraflanması, sabitliyin əldə olunması, kommunikasiya sistemlərinin açılması ilə bağlı mövqelərin uzlaşdırılması, nəhayət iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses onu göstərir ki, Azərbaycanın səyləri öz bəhrəsini verir. Təsadüfi deyildi ki, hətta münaqişənin davam etdiyi dövrlərdə belə Azərbaycan Ermənistanı sülhə səsləyir, beynəlxalq aləmi bu məsələyə diqqət yetirməyə çağırırdı - biz, hər zaman əməkdaşlıq və sabitlik kimi amilləri prioritet seçdiyimizi önə çəkirdik. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik: “Biz istəməsəydik, sülh olmayacaqdı”.
Bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur
Azərbaycanın heç vaxt kiminsə torpağını ələ keçirmək kimi bir məqsədi olmayıb. Bizim siyasətimiz sülhə, sabitliyə və əməkdaşlığa əsaslanır. 2020-ci ildə Bakının Zəfər yürüşü bütünlüklə Ermənistanı diz üstə çökdürmüşdü. Məhz o şəraitdə belə Azərbaycan beynəlxalq hüquqa sadiqliyni nümayiş etdirdi - yalnız öz torpaqlarını işğaldan azad etməklə kifayətləndi. Azərbaycan bütün dünyaya göstərdi ki, ədalət uğrunda mübarizə həm də sülh uğrunda mübarizədir. Azərbaycan gücünü Vətən müharibəsində göstərdi - həm Ermənəistan, həm də dəstəkçiləri, havadarları anladı ki, Azərbaycan bölgədə aparıcı gücdür. Dövlət başçısı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik: “Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana”.
Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq...
Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni transformasiya, inkişaf və sabitlik bir sıra dairələrin planları ilə “üst-üstə” düşmür. Məsələn, artıq illərdir ki, Avropa “müşahidə” adı altında Ermənistanda özünün casus missiyasını yerləşdirib. Sirr deyil ki, bu missiya Fransanın bədnam layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasiətləri gərginləşdirməkdir. Aİ-nin ard-arda missiya adı altında fərqli qrupları Ermənistana yerləşdirməsi də məlum qüvvələrin süh prosesini əngəlləmək cəhdlərindən biridir. Bu missiyanın guya “məqsədi” Ermənistanı hər hansı bir təhlükədən qorumaqdır - amma əsl “missiya” tamam fərqlidir. Fransa anlayır ki, sülh prosesinin reallaşması Ermənistanı onun orbitindən uzaqlaşdıracaq. Ermənistanın əldən çıxması isə Fransanın Cənubi Qafqaz da daxil olmaqla mühüm bir coğrafiyadan tam təcrid olunması deməkdir. Bu səbəbdən də heç bir ehtiyac olmadan bu 200 nəfərə yaxın missiyanı 2027-ci ilə kimi Ermənistanda saxlamaqda israr edirlər. Dövlət başçısı çıxışında bildirib ki, bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər: “Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları partlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə”.
Ermənistan xalqının başı dərddə olacaq...
Fransa Ermənistan hakimiyyətini şantaj etməkdən də çəkinmir - bir neçə gündən sonra Ermənistanda keçiriləcək parlament seçkilərinə göndərilən yeni “missiya” da bunun sübutudur. Makron yaxşı bilir ki, Ermənistanda revanşizm əhvalında yaşayanlar, eləcə də bir sıra xarici ölkələr tərəfindən stimullaşdırılaraq revanşizmi siyasi şüara çevirən təşkilatlar mövcuddur. Göndərilən missiya isə sülhlə bağlı açıq mesaj verən hazırki iqtidarın yanaşmasına təsir etmək, bölgədəki sabitliyə mane olmaqdır. Amma Ermənistan dövləti, erməni xalqı bilməlidir ki, sülhün inkarı onlar üçün daha ağır nəticələr deməkdir. Hətta Fransa da daxil olmaqla revanşizmi dəstəkləyən qrupların arzularının yerinə yetirilməsi bu dövlətin tam çöküşünə yol açacaq. Prezident İlham Əliyev çıxışında deyib ki, “biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

