Dövlətin növbəti sosial dəstəyi
05.06.2026 [11:57]
Məcburi köçkünlərin mənzil hüququ tanınacaq
Postmüharibə dövründə Böyük Qayıdış proqramının uğurla reallaşdırılması, bərpa olunan yaşayış məntəqələrinin intensiv şəkildə məskunlaşdırılması müvafiq qanunvericilik bazasının yenilənməsi zərurətini yaradıb. Təxminən 30 il ərzində son dərəcə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın həyatında yeni dönəm başlayıb. Təbii ki, hüquqi baza da yeni reallıqlara uyğunlaşdırılmalıdır. Beləliklə, Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi gündəmə gəlib. Bu günlərdə bəhs olunan qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ətraflı müzakirə olunub. Müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkün vətəndaşlarının yanında olub
Azərbaycan sosial dövlətdir. Ardıcıllıqla həyata keçirilən dövlət siyasətinin mərkəzində insanların mənafeyi dayanır. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən bu strateji xəttə uyğun olaraq ölkədə ədalətli resurs bölgüsü bütün kateqoriyalardan olan vətəndaşları əhatə edir. Xüsusilə də ötən dövrdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılıb. Müzakirələrdə də bildirldiyi kimi, müvafiq kateqoriyadan olan insanlar uzun illər ərzində Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. Onların sosial və digər problemlərinin həlli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.
Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırlması onların sosial cəhətdən dəstəklənməsinin mühüm istiqamətini təşkil edib. Məlumdur ki, ermənilərin ağır müharibə cinayətlərinin nəticəsi olaraq ev-eşiklərindən didərgin düşən bu insanlar çadırlarda, vaqonlarda, yarımçıq tikililərdə məskunlaşmaq məcburiyyətində qalmışdılar. Belə vəziyyəti aradan qaldırmaqdan ötrü dövlət məqsədli proqramlar qəbul edib. 2004-cü ildə təsdiqlənmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə əsas strateji sənədlərdən biri olub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini məhz bu məsələyə həsr etməsi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırlmasına necə böyük həssaslıqla yanaşdığını əyani şəkildə təsdiqləyir. Xatırladaq ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcbur köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən həyata keçirilən ən mühüm tədbirlərdən biri ağır şəraitli məskunlaşma yerlərinin mərhələli şəkildə ləğv edilməsi olub. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələr ləğv edilib. Sonuncu fin tipli qəsəbə isə 2016-cı ildə bağlanıb.
Dövlətin məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi siyasətin miqyası ayrılmış maliyyə resurslarında da öz əksini tapıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatlarına görə, son onilliklər ərzində məcburi köçkünlərin sosial problemlərinin həlli üçün dövlət tərəfindən 6 milyard manatdan çox vəsait sərf olunub. Təkcə mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələrə 2,3 milyard manat vəsait yönəldilib.
Bu vəsait hesabına uzun illər ərzində yüzlərlə yaşayış məntəqəsi, məktəb, tibb müəssisəsi, inzibati bina və mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Nəticədə, əvvəlki dövrdə çadır düşərgələrində, yük vaqonlarında və yararsız binalarda yaşayan on minlərlə ailənin həyat şəraiti xeyli dərəcədə yaxşılaşıb.
Məcburi köçkünlərin sosial müdafiəsinin əsas elementlərindən biri də vahid aylıq müavinət sistemi olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ildə vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Nazirlər Kabinetinin açıqladığı məlumatlara görə, 2025-ci ilin sonuna qədər vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfər təşkil edib.
Müvəqqəti məskunlaşma modelindən daimi məskunlaşma modelinə keçid
Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin bərpasına burada zəruri infrastruktur quruculuğu ilə başlanılıb. Çünki bunsuz Qarabağa həyatı qaytarmaq mümkün olmazdı. Qısa müddətdə bəhs olunan ərazilərdə onlarca su, enerji təminatı, yol tikintisi layihələri reallaşdırlıb. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb.
İşğaldan azad olunmuş ərazilərdə zəruri infrastruktur layihələrinin icrası tamamlandıqdan sonra əsas diqqət yaşayış məntəqələrinin bərpasına və onların məskunlaşdırlmasına yönəldilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpası yeni yanaşmalar əsasında həyata keçirilir, burada “ağıllı şəhər”, “ağıllı kənd” modellərinin tətbiqinə üstünlük verilir. Bütövlükdə, bəhs olunan ərazilər dövlət başçısı tərəfindən yaşıl zona elan edilib. Artıq işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasına başlanılmasından 4 ilə yaxın vaxt ötür. Xalqımız üçün çox əziz olan bu yerlərə ilk köç karvanı 2022-ci il iyul ayının 19-da reallaşıb. Məskunlaşdırılan birinci yaşayış məntəqəsi isə “ağıllı kənd” konsepti ilə inşa oluanan Zəngilan rayonunun Ağalı kəndi olub. Sonradan kəndə mərhələlərlə yeni köç karvanları yola salınıb. Dörd il əvvəl Ağalıdan başlayan məskunlaşma hazırda daha geniş miqyasda davam etdirilir. Artıq məskunlaşan yaşayış məntəqələrinin sırasına Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı və digər ünvanlar daxil edilib. Bütövlükdə, indiyədək Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə hazırda 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib.
Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərdə yeni reallıqlar yaranmaqdadır, həmçinin qaçqın və məcburi köçkün soydaşlarımızın həyatı dəyişir. Müzakirələrdə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, qanun layihəsi Vətən müharibəsində qazanılan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir.
Beləliklə, nəzərdə tutulan dəyişikliklər dövlətin məcburi köçkün vətəndaşlarının mənzil təminatına starteji yanaşmasına adekvatdır və proseslə bağlı hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. İşğal dövrü ilə müqayisədə postmüharibə mərhələsində müvafiq kateqoriyadan olan vətəndaşların mənzil təminatına yanaşma fərqlidir. Əgər işğal illərində bu proses müvəqqəti səciyyə daşıyırdısa, böyük qələbələrimizdən sonra dövlət azad ərazilərin mümkün qədər qısa müddətdə daimi məskunlaşdırılmasını hədəfləyib. Müvafiq qanuna nəzərdə tutulan dəyişiklik də bu strateji xətti hüquqi baxımdan dəstəkləyir.
Yurd yerlərinə qayıdan məcburi köçkünlərə müjdə - onlara “Çıxarış” sənədi veriləcək
Əslində, qanunvericilik bazasının yenilənməsi, dəyişikliklər paketi yurd yerlərinə qayıdan məcburi köçkünlərə xoş bir müjdədir. Layihənin qüvvəyə minməsi ilə onların mülkiyyət hüquq tanınacaq. Məlumdur ki, işğal dövründə və son dörd ildə dövlət tərəfindən tikilən mənzillər məcburi köçkünlərə müvəqqəti istifadə (icarə əsasında) məqsədilə verilirdi. İndi isə qaydalar dəyişir. İşğaldan azad olunmuş ərazilərə köçən vətəndaşlara verilən mənzillər onların xüsusi mülkiyyəti kimi tanınacaq və həmin mənzillərə mülkiyyət hüququnu təsdiqləyən “Çıxarış” (Kupça) sənədi veriləcək. “Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaranacaq və bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq”, - deyə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb.
Nəzərdə tutulan bu dəyişiklik mahiyyət etibarı ilə böyük aktuallıq daşıyır və bir tərəfdən müvafiq kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini, digər tərəfdən isə azad ərazilərimizin məskunlaşdırılmasının daha güclü şəkildə təşviq edilməsini hədəfləyir. Biz hələ genişmiqyaslı infrastruktur quruculuğundan sonra ərazilərin məskunlaşdırılmasının başlanğıc mərhələsindəyik. Yurd yerlərinə qayıdan insanların mülkiyyət hüquqlarının tanınması prosesə yeni dinamika vermək baxımınndan çox önəmlidir. Azərbaycan dövləti nə istəyir? Əsas məqsəd ondan ibarətdir ki, azad ərazilərdə qalıcı həyat təmin olunsun, insanlar bura qayıtmalarından məmnunluq duysunlar və xoşbət həyat yaşasınlar. Böyük Qayıdış proqramı kompleks şəkildə reallaşdırılır. Yəni postmüharibə dövründə azad ərazilərdə yalnız mənzillər, yaşayış evləri inşa olunmur. Paralel şəkildə iş yerləri, təhsil, səhiyyə ocaqları, istirahət, əyləncə məkanları yaradılır, rəqəmsal infrastruktur, xidmət sektoru qurulur. Mülkiyyət hüququnun tanınması məcburi köçkün soydaşlarımızın onlar üçün nəzərdə tutulan rahatlıqlara əlçatanlığını artıracaq və digər vətəndaş hüquqlarının təmin olunmasına geniş imkanlar açacaq. Burada bütövlükdə regionda təhlükəsizliyin təmin olunması ilə bağlı məsələləri də nəzərə almaq lazımdır.
Başqa bir mühüm məqama da diqqət çəkək. Bir azərbaycanlı mentalitetində öz evinə sahiblik və bağlılıq hissi çox güclüdür. İnsanın evinə, mənzilinə bağlılığı isə elə Vətənə, el-obaya bağlılığı deməkdir. Vətəndaşın mənzil hüququnun qanunvericilik əsasında tanınması uzunmüddətli perspektiv üçün planlar qurması, özünün, ailəsinin gələcəyini doğma yerlərlə bağlaması və regional sosial-iqtisadi proseslərə fəal şəkildə qoşulmasına geniş imkanlar açır. Bir qədər bundan əvvəl kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə Prezident İlham Əliyev şəhərdən kəndə qayıdış kimi vacib bir məsələni gündəmə gətirdi. Bu nöqteyi-nəzərdən də azad ərazilərdə məcburi köçkün soydaşlarımızın mülkiyyət hüquqlarının tanınması böyük əhəmiyyət daşıyır.
Nəzərdə tutulan dəyişiklik yalnız sosial dəstək xarakteri daşımır. Mülkiyyət hüququnun tanınması paralel şəkildə vətəndaşın sosial məsuliyyət hissini güclənməsi anlamına gəlir. O öz mənzilinin sahibi olmaqla həm də konkret br yaşayış məntəqəsinin daimi sakininə çevrilir. Müliyyətin təsdiqlənməsi vətəndaşa geniş hüquqlar tanıyır, eyni zamanda onun ailəsinə, mənzilinə, sakini olduğu kənd və yaxud şəhərə münasibətdə cavabdehliyini artırır ki, bunun da azad ərazilərin dayanıqlı inkişafına mühüm töhfə olacağı şübhəsizdir.
Məcburi köçkünlərin statusu dəyişir
İndiyədək məcburi köçkün soydaşlarımızın daşıdıqları status işğal dövrünün reallıqlarına uyğun idi. Müzakirələrə çıxarılan qanun layihəsində isə bu statusun Böyük Qayıdış proqramının uğurla reallaşması nəticəsində formalaşan yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılması nəzərdə tutulur. Beləliklə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, müvafiq kateqoriyadan olan insanların statusu aşağıdakı qaydada dəyişəcək:
- Şəxs əvvəlki yaşayış yerinin əvəzinə (yaşadığı regionda) müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin edildikdə,
- Şəxs dövlət tərəfindən təklif olunan yaşayış yerindən imtina etdikdə,
- İndiyədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Qaçqın və məcburi köçkün soydaşlarımızın statusunun dəyişdirilməsi onların bütün sosial təminatlardan dərhal məhrum edilməsi anlamında qəbul edilməməlidir. Dövlətin sosial siyasətinə uyğun olaraq bunun üçün adaptasiya mərhələsi kimi səciyyələndirə biləcəyimiz yumşaq keçid mərhələsi nəzərdə tutulur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud üçillik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.
Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

