Ağdaşda “Heydər Əliyev və Qurtuluş fəlsəfəsi” mövzusunda tədbir keçirilib
08.06.2026 [09:27]
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şordəhnə kənd ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı “Heydər Əliyev və Qurtuluş fəlsəfəsi” mövzusunda tədbir keçirilib.
Tədbiri Şordəhnə kənd ərazi partiya təşkilatının sədri Rəsul Nəbiyev açaraq ölkəmizin qurtuluş tarixindən danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını və dövlətini parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şordəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Paşayev isə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə yaşanan problemləri xatırladıb. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın olmazın bəlalardan qurtulduğunu bildirib.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkədəki xaos və anarxiyanın qarşısını aldı. O, cəmiyyəti parçalayan daxili çəkişmələrə son qoyaraq, xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi və milli həmrəyliyi bərqərar etdi. Bununla da Azərbaycanda sabitlik təmin edildi, ölkə nizamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan öz zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsi 90-cı illərin əvvəllərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqını qalib xalqa çevirdi.
Partiya fəallarından Sahib Əhmədov, Cəsarət Alcanova və Orxan Əhmədov çıxış edərək bildiriblər ki, 1993-cü ilin 15 iyun günü tariximizə qızıl hərflərlə yazılıb və qalib dövlətin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyət daşıdığını, Prezident İlham Əliyevin yürütdüyü siyasətin isə xalqımız tərəfindən yekdilliklə dəstəkləndiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19

