Sülh sazişi nə vaxt imzalanacaq?
10.06.2026 [11:50]
Azərbaycanın post-müharibə strategiyası regionun yeganə inkişaf yoludur
Ermənistanda keçirilən seçkilər bu faktı bir daha təsdiqlədi
Aylardır regional siyasi gündəmin əsas mövzularından olan Ermənistandakı parlament seçkiləri başa çatdı. Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi yalnız Ermənistanın siyasi orbital vəziyyətinin dəyişməsinin təsdiqi kimi deyil, həm də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların qəbulu kimi təhlil olunur. Artıq parlamentdə mütləq çoxluğu qazanan Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına qurmaq imkanı qazanıb - beləliklə, Nikol Paşinyan seçki təbliğatı zamanı “çardağına” sığındığı sülh prosesini reallaşdırmaq üçün fəaliyyətə keçməlidir.
Paşinyanın hədəfləri - avrointeqrasiya şüarları effekt vemirdi...
Seçki prosesində Paşinyanın məhz “sülh çardağı” altına sığınması məsələsi niyə bu qədər vacib bir nüansdır? Diqqət yetirsək, seçkinin ilkin nəticələri bəlli olan zaman Nikol Paşinyan keçirdiyi mətbuat konfransında “üçbaşlı müharibə partiyası” (Güclü Ermənistan Partiyası, Ermənistan bloku və Çiçəklənən Ermənistan Partiyası) üzərində qələbəni qeyd etdiyini bildirdi - bu amil olduqca önəmlidir. Unudulmamalıdır ki, Paşinyan seçkiyə iki əsas prioritet (həm də seçki sloqanı) ilə qatılmışdı:
- Avropaya inteqrasiya;
- Sülh prosesinin uğurla yekunlaşdırılması.
Diqqət yetirsək, seçki təbliğatının ilk günlərindən etibarən özünün və komandasının Avrointeqrasiya yolunu seçdiyini bəyan etmiş Paşinyan sonrakı günlərdə bu amildən “siyasi istinad” kimi istifadə edə bilmədi. Bunun da obyektiv səbəbləri var.
A) Birincisi, Paşinyanın təqdim etdiyi avrointeqrasiya prosesini və ya proqramını Ermənistan əhalisi hələ də tam dərk edə bilmir. Daha doğrusu, bu prosesin onların həyatına hansı təsiri göstərəcəyində tərəddüd edir. Ərzaq Rusiyadan təchiz olunur, enerji Rusiyadan verilir, qaz Rusiyadan alınır, taxıl Rusiyadan gəlir, hətta ölkə əhalisinin mühüm əksəriyyəti Rusiyadan göndərilən pullarla ayaqda qala bilir;
B) 44 günlük Vətən müharibəsi zamanı məhz Rusiyanın xahişi ilə Azərbaycan Ermənistanın kapitulyasiya imzalamasına razılıq verdi. Ermənilər anlayır ki, Azərbaycanın gücü və qüdrəti olduqca yüksək səviyyədədir. İllərdir ki, Rusiyanın həm də təhlükəsizlik çətiri altında yaşayan ermənilər Avropanın müharibə dövründə heç nə edə bilmədiklərini açıq şəkildə görmüşdülər.
C) Və ən əsas məsələlərdən biri, Gümrüdəki 102-ci hərbi bazadır. Ermənistan üzərində “Domokl qılıncı” kimi dayanan bu hərbi bazanın seçkinin obyektiv nəticələrlə bitəcəyinə sakit şəkildə baxacağına ermənilər inanmırdılar. Xüsusilə, Kremlin seçki dövründə bir neçə istiqamətdən Paşinyana təsir göstərdiyi bir fonda...
Bu baxımdan, Ermənistan seçicisi üçün Avropaya intqerasiya predmeti sandıq başında “seçki gözləntisi” kimi o qədər də aktual deyildi. Onlar anlayırdılar ki, məhz işğalçılıq, talançılıq, təcavüzkarlıq siyasəti nəticəsində SSRİ-nin süqutundan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq Ermənistan hələ indi keçid dövrünü yaşamaq məcburiyyətindədir. Nə qədər qeyri-adi gəlsə də, Ermənistan hələ də SSRİ-dən qopmaq üçün “mübarizə” aparır.
Azərbaycanın yaratdığı reallıqların kölgəsində...
Vurğulandığı kimi, seçki təbliğat kampaniyası dövrünün ilk günlərində avrointeqrasiya məsələsini ön planda tutan Nikol Paşinyan çox qısa zamanda anladı ki, bu istiqamət onun “üçbaşlı müharibə partiyası” üzərində qələbəsini təmin etməyəcək (hətta edəcəkdisə belə, bu qədər açıq fərq olmayacaqdı). Özünün əsas rəqibləri üzərindəki üstünlüyünü təmin etmək üçün Paşinyan təşviqat tezislərini dəyişdi və Azərbaycanın bölgədə formalaşdırdığı reallıqların kölgəsinə sığındı. Təsadüfi deyildi ki, hətta rəqibləri belə Paşinyanın Azərbaycanın qətiyyəti ilə yaranan reallıqların təsdiqi üzərindən aparılan təbliğatına qarşı antitezislərinin mövcud olmadığını etiraf edirdilər. Paşinyanın yeni seçki sloqanları da yenilənmişdi:
- Ermənistan sülhü imzalamağa hazırdır;
- Bölgədə əməkdaşlıq mühitinə tam riayət olunacaq;
- TRİPP layihəsi reallaşacaq.
Diqqət yetirsək, hər üç prinsip məhz Azərbaycanın son 6 ildə ortaya qoyduğu qətiyyətin bəhrəsidir. Paşinyan özü də bunu etiraf etdi - seçkidən sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, son parlament seçkilərində erməni xalqı SÜLHƏ, REGIONAL INKIŞAFA VƏ ƏMƏKDAŞLIĞA səs verib. Bəli, 44 günlük Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Prezident İlham Əliyev regionda davamlı sabitliyin təmin olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılmasını təklif etdi və bunun üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan baza prinsiplərini irəli sürdü. Bu yanaşma Azərbaycanın regionda uzunmüddətli sülh və əməkdaşlıq mühiti yaratmaq niyyətini nümayiş etdirdi. Məhz bu siyasət nəticəsində regionda yeni əməkdaşlıq imkanları formalaşmağa başladı. Ermənistan rəhbərliyi də tədricən başa düşdü ki, qarşıdurma siyasətinin davam etdirilməsi ölkənin inkişaf perspektivlərinə xidmət etmir və sülh gündəliyi daha rasional seçimdir. Məhz bu rasional seçim nəticə etibarı ilə Paşinyanın partiyasının seçkidə 64 mandat qazanmasına imkan verdi.
Qərb seçkidən çox sülhü alqışlayır...
Maraqlı bir nüans daha var - Nikol Paşinyanın partiyasının qələbəsi elan edildikdən həmən sonra erməni baş nazirə yönələn təbriklər. Diqqəti cəlb edən məqam odur ki, seçkilərdən sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın və Avropa Şurasının prezidenti Antonio Costanın fikirləri də eyni tezis üzərində cəmlənmişdi - “Erməni xalqı sülhə, sabitliyə və qonşuları ilə daha sıx əməkdaşlığa əsaslanan gələcəyə səs verdi”.
Vaşinqtondan gələn təbrik də eyni xətləri özündə əks etdirdi. ABŞ Dövlət Katibi Marko Rubio Nikol Paşinyanı Ermənistandakı seçki qələbəsi münasibətilə təbrikində bildirir: “Amerika Birləşmiş Ştatları sülhün irəliləməsində Baş nazir Paşinyanın və Ermənistanın yanındadır və Vaşinqtonda keçirilən tarixi sülh sammitinin məqsədlərinə, o cümlədən Trampın Sülh və Rifaha Doğru Beynəlxalq Yolunun (TRIPP) həyata keçirilməsinə sadiqdir. Cənubi Qafqazda və ondan kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi üçün birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirik”.
Başqa sözlə, Bakının bölgədə yaratdığı reallıqların yeganə və ən praqmatik yol olması, məhz bu yolun vəd etdiyi perspektivin Paşinyanın qələbəsində əsas rol oynaması faktı Qərb tərəfindən etiraf olundu. Artıq hər kəs anlayır və qəbul edir ki, Azərbaycanın post-müharibə dövründə formalaşdırdığı regional inkişaf proqramı, strateji yol xəritəsi qlobal dünya üçün nə qədər vacib mahiyyət daşıyır. Yeni Şərq-Qərb kontentinin formalaşdırılması, əməkdaşlıqların (həm iqtisadi, həm ticari, həm də siyasi) yeni seqmentlərinin yaradılması Bakının beynəlxalq nizama yeni yön verməsi idi. Xüsusilə, bu qətiyyətin, bu strateji yol xəritəsinin Vaşinqtonda təsdiqlənməsi vacib bir amil idi. Nəzər salsaq, Paşinyana yönələn təbriklərin hər birinin mahiyyətində məhz sülh və əməkdaşlıq məsələsi qırmızı xətlə keçir. Bu isə ona dəlalət edir ki, Ermənistanda son parlament seçkilərində Azərbaycanın sülh proqramı, əməkdaşlıq dividendləri, regional inkişaf hədəfləri qələbə qazanıb.
Revanşizmin açıq məğlubiyyəti - Köçəryanın səngərləri 2020-ci ildə dağıdılıb
Seçkidən sonra “revanşist cəbhədə” ölü bir sükut hökm sürür. Düzdür, ara-sıra epizodik səslər eşidilsə də, bunlar arqumentləşdirilə bilməyən hikkədən o yana getmir. Məsələn, “öz səngərimizi tərk etməyəcəyik” deyən Robert Köçəryan deyəsən unudur ki, Azərbaycan məhz onun qurduğu səngərləri 2020-ci ildə darmadağın edib. Köçaryanın Paşinyana xitabən “o getməsə çox pis başa çatacaq” hədəsi də artıq işə yaramır. Əli qana batmış cinayətkar anlayır ki, artıq hüquq qarşısında cavab verməyin zamanı çatıb və bundan qaçıb qurtulmaq üçün yenidən Ermənistanda qarşıdurma, terror yaratmağa çalışır. Bu və ya digər şəkildə onun əli və ya sifarişi ilə 1999-cu ilin oktyabrında Ermənistan parlamentində törədilən qətliama işarə edən Köçəryan başa düşmür ki, artıq onun qatarı gedib və özü ilə müharibə, işğal arzularını da aparıb.
Və ya 0,004 faiz səs üçün yenidən sayım iddiaları ortaya qoyan Tsarukyan anlayır ki, hətta seçki baryerini aşsa idi belə “dostlarına” heç bir kömək edə bilməyəcəkdi. Onların himayədarları da başa düşür ki, sülh qarşısıalınmaz bir prosesdir və buna mane olmağa heç kimin gücü çatmayacaq.
Ermənistan ictimaiyyəti də artıq demək olar ki, eyni fikri bölüşür - ölkənin gələcəyi sülh və əməkdaşlığa əsaslanır. İstər siyasi şərhçilər, istər partiya sədrləri bu fikri bölüşürlər ki, yeni dövrdə Azərbaycanın işıq tutduğu yol bütövlükdə Cənubi Qafqaz üçün yeganə inkişaf xəttidir. Ermənistanın prezidenti Vaaqn Xaçaturyan da öz xalqına müraciətində bildirib ki, yaxşı gələcək üçün sülh mütləq şərtdir.
Sülh üçün - Konstitusiya dəyişikliyi zərurətə çevrilir...
Bəli, nəhayət Ermənistanda parlament seçkiləri başa çatdı və artıq gözlər sülhlə bağlı atılacaq qəti addımlara dikilib. Məhz sülh sloqanı ilə qələbə qazanan Paşinyan çox qısa bir zamanda bu addımı gerçəkləşdirə bilər - bunun üçün Konstitusiya dəyişməli, Azərbaycanın irəli sürdüyü şərt yerinə yetirilməli, ölkəmizə qarşı əsassız ərazi iddiası aradan qaldırılmalıdır. Bunu etmək üçün isə Paşinyanın əlində kifayət qədəi imkan var - həm ölkə ictimaiyyəti seçkidə Paşinyanın dilindən səslənən Azərbaycanın sülh proqramını seçdiyini göstərdi, həm də parlamentdə əldə edilən mütləq çoxluq bunun reallaşmasına açıq yardım edə bilər. Beləliklə, Ermənistan hakimiyyəti bu və ya digər şəkildə Konstitusiyada dəyişiklik etmək imkanına malikdir. Seçkiyə qədərki proseslər göstərirdi ki, Paşinyan bunu etməyə razıdır. Hətta bir neçə ay öncə yeni Konstitusiyanın qəbulu ilə bağlı anonslar da eşidilmişdi. İndi isə bu işə ciddi şəkildə yanaşmaq zamanıdır. İtirilən hər gün Ermənistanın ziyanına, Paşinyanın rəqiblərinin xeyrinə işləyir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

