Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird
23.06.2026 [10:59]
Texniki və Təbiət Elmləri Liseyinin 4-cü sinfini bu il uğurla başa vuran Nəcəfli Nəcəf həm dərs nailiyyətləri, həm də beynəlxalq olimpiadalardakı uğurları ilə diqqət çəkir. O, dörd il ərzində bütün sinifləri yüksək nəticələrlə bitirib, 2-ci sinifdən etibarən beynəlxalq yarışlarda iştirak edərək bir sıra nüfuzlu mükafatlar qazanıb. Nəcəf SASMO olimpiadasının üçqat qızıl medalçısı, AMO olimpiadasının ikiqat qızıl medalçısıdır. Son olaraq Beynəlxalq Global Olimpiadada 100 faiz nəticə göstərərək Diamond medal qazanıb. Bundan əlavə, Cambridge İngilis Dili Olimpiadasında da 100 faiz nəticə ilə qızıl medala layiq görülüb. Gənc istedadla uğurlarının sirri, maraqları və gələcək planları haqqında söhbətləşdik.
– Nəcəf, ilk növbədə səni qazandığın uğurlar münasibətilə təbrik edirik. Özünü oxucularımıza necə təqdim edərdin?
– Təbrikiniz üçün çox sağ olun. Mən Nəcəfli Nəcəf, Texniki və Təbiət Elmləri Liseyinin 4-cü sinif şagirdiyəm.
– Dörd il ərzində bütün sinifləri əla qiymətlərlə başa vurmusan. Bu uğurun sirri nədir?
– Bu uğurun sirri çox çalışmaq və qarşıya məqsəd qoymaqdır. Təkcə çox çalışmaq kifayət etmir, müəllimlərin və valideynlərin dəstəyi də çox vacibdir. Mən hər zaman onların dəstəyini hiss etmişəm.
– Beynəlxalq olimpiadalara ikinci sinifdən qatılmağa başlamısan. İlk yarış təcrübən necə olmuşdu?
– İlk iştirak etdiyim olimpiada SASMO olub. Bu yarışa evdə müstəqil şəkildə hazırlaşmışdım. İlk olimpiadam çox həyəcanlı keçdi. Nəticələr açıqlananda qızıl medal qazandığımı öyrənib həm mən, həm də ailəm çox sevindik.
– SASMO olimpiadasında üç dəfə qızıl medal qazanmaq sənə nə hisslər yaşatdı?
– Ardıcıl olaraq qızıl medallar qazanmaq mənə qürur hissi verir. Amma bununla kifayətlənmək istəmirəm. Gələcək illərdə daha çox çalışaraq SASMO olimpiadasında 100 faiz nəticə göstərmək və vətənimi Sinqapurda təmsil etmək istəyirəm.
– AMO olimpiadasında iki dəfə iştirak edib hər iki yarışda qızıl medal əldə etmisən. Bu nəticəyə necə hazırlaşırdın?
– Mən AMO olimpiadasına anamın və sinif rəhbərim Elnurə müəllimənin dəstəyi ilə hazırlaşdım. Onların mənə göstərdiyi köməyə görə çox minnətdaram.
– Beynəlxalq Global Olimpiadasında 100 faiz nəticə ilə Diamond medal qazanmağın sənin üçün nə ifadə edir?
– Bu mənim üçün çox önəmli nəticədir. Çünki bu, qazandığım ilk Diamond medaldır. Gələcəkdə bu medalların sayını artırmaq üçün daha çox çalışacağam.
– Cambridge İngilis Dili Olimpiadasında 100 faiz nəticə göstərərək qızıl medal almısan. İngilis dilini öyrənmək üçün hansı üsullardan istifadə edirsən?
– Cambridge olimpiadası mənim ikinci dəfə iştirak etdiyim ingilis dili yarışması idi. İngilis dili səviyyəm B1–B2 olduğu üçün bu uğurlu nəticəni əldə edə bildim. Daim oxumağa, yeni sözlər öyrənməyə və ingilis dilində mənbələrdən istifadə etməyə çalışıram.
– Dərslərlə yanaşı yay aylarında üzgüçülüklə də məşğul olursan. İdman həyatında hansı rol oynayır?
– Üzgüçülük həm çox maraqlı, həm də sağlamlıq üçün faydalı idman növüdür. Bu idman bütün bədən əzələlərinin inkişafına kömək edir. Mən hər yay tətilində mütəmadi olaraq üzgüçülüklə məşğul oluram.
– Kitab oxumağa böyük həvəsin olduğunu bilirik. Ən çox hansı mövzuda kitablar oxuyursan və sevdiyin kitab hansıdır?
– Ən çox elmi-fantastik kitabları oxumağı sevirəm. Oxuduğum kitabların bir hissəsi ingilis dilindədir, digər hissəsi isə bədii ədəbiyyat nümunələridir. Ən sevdiyim kitab isə “Sherlock Holmes: The Red-Headed League” əsəridir.
– Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən və qarşıdakı illər üçün əsas hədəflərin nələrdir?
– Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Tarix fənninə böyük marağım var. Tarixi filmlər izləyir, tarixi şəxsiyyətlər haqqında məlumatlar öyrənirəm. Qarşıdakı illər üçün əsas hədəfim isə daha çox çalışaraq növbəti olimpiadalarda da uğurlu nəticələr əldə etməkdir.
– Sonda həmyaşıdlarına nə demək istərdin?
– Bütün şagirdlərə uğurlar arzulayıram. Məqsədlərinə çatmaq üçün daim çalışsınlar və özlərinə inansınlar.
Müsahibəyə görə təşəkkür edirik və Nəcəfə gələcək yarışlarda yeni uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49

