Etibarlı maliyyə tərəfdaşı
25.06.2026 [11:23]
Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizdə yeni layihələri maliyyələşdirəcək
İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb. Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər bankın ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı, o cümlədən dövlət-özəl tərəfdaşlığı təşəbbüslərinə cəlb olunması və müvafiq maliyyə alətlərindən istifadə imkanlarını nəzərdən keçiriblər. Bildirilib ki, QDTİB ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın iqtisadi prioritetlərinə uyğun layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.
QDTİB heyəti Azərbaycanda potensial layihələrdə iştirakını artırmaq niyyətini ifadə edib. S. Köksal dünyada baş verən geoiqtisadi mürəkkəb vəziyyətə baxmayaraq, bankın maliyyə-investisiya siyasətinə sadiq qaldığını xatırladıb. Orta Müddətli Strategiya əsasında maliyyələşmənin davam etdiriləcəyi və Biznes planının ikinci mərhələsinə başlanılacağı qeyd edilib. Qara Dəniz Bankının nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, nəqliyyat və logistika infrastrukturunun inkişafına sərmayə yatıracağı bəyan olunub.
Qara Dəniz Bankının Rəhbərlər Şurası tərəfindən ortamüddətli strategiya sənədi, 2026-2027-ci illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair anlaşmalar əldə edilib. Strateji plana əsasən, bankın kredit portfelinin artırılmasına aparıcı səhmdarlardan biri kimi Azərbaycanın da rolunun artacağı, eləcə də kredit portfelində əlavə maliyyə resursları alacağı ehtimal edilir.
500 milyon avrodan çox maliyyə donorluğu
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 27 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək, enerji, daşınmaz əmlak, istehlak malları və sənaye sektorlarını təşkil edir.
QDTİB ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə uzun illərdir ki, maliyə dəstəyi verir, investisiya fəallığı nümayiş etdirir. Beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatı olan bank iqtisadi inkişafı və regional əməkdaşlığa töhfə verir. Üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq ümumi dəyəri 500 milyon avrodan çox olan 40-dan çox layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.
Azərbaycan bu bankın üzvü olmaqla yanaşı, həm də səhmdarlarından biridir. QDTİB-in səhm kapitalında ölkəmiz 5 faiz paya malikdir ki, bu, 7-ci ən böyük səhmdarlıq statusu deməkdir. QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasında Azərbaycan da mühüm rol oynayıb, ümumi dəyəri 41 milyon avro təşkil edən 36,6 min səhmin 12,3 milyon avro məbləğində olan hissəsi ölkəmiz tərəfindən əldə edilib.
Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...
Bu gün yeni çağırşlar fonunda maliyyə qurumları ilə ən sərfəli kreditləşmə üçün yeni münbit mərhələ açır ki, güclü əlaqələrə, ortaq tarixə və məhsuldar, konstruktiv münasibətlərə malik İslam İnkişaf Bankından maliyyənin cəlbi nəzərdə tutulur. Təmkinli borclanma siyasəti isə həm regional inkişaf habının mərkəzinə çevrilən ölkəmizin müasir infrastruktur niyyətlərini - nəqliyyat, kənd təsərrüfatı, su təchizatı, bərpaolunan enerji ilə bağlı dövlət proqramlarını və digər strateji hədəfləri reallaşdırmağa, həm də azad ərazilərin quruculuq intibahını tezləşdirməyə imkan yaradacaq.
İslam İnkişaf Bankı Qrupunun toplantısında yeni çağırşlar fonunda maliyyə qurumları, o cümlədən QDTİB ilə sərfəli kreditləşmə üçün yeni münbit mərhələnin açıldığı bəyan edilib. Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasında bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.
QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilənin imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanlarının səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur. Yeni maliyyələşmə isə həm regional inkişaf habının mərkəzinə çevrilən ölkəmizin müasir infrastruktur niyyətlərini - nəqliyyat, kənd təsərrüfatı, su təchizatı, bərpaolunan enerji ilə bağlı dövlət proqramlarını və digər strateji hədəfləri reallaşdırmağa, həm də azad ərazilərin quruculuq intibahını tezləşdirməyə imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

