Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır
25.06.2026 [11:21]
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanmışdır. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi, Hərbi Akademiyanın yaradılması hərb sahəsində peşəkar milli kadr ehtiyatının formalaşması nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.
Güclü Ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Ali Baş Komandan Ilham Əliyev “ Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”. Bu gün Azərbaycan Ordusu dövlətimizin, müstəqilliyimizin qarantıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi güclü Ordunun, vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının göstəricisidir. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Bu gün xalqla ordu arasındakı birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. Xalqla ordunun arasındakı möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü artırır. 44 günlük müharibədə xalq ordusuna dəstək oldu. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayış etdirdi. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi fədakarlık və qətiyyəti, igidliyi sayəsində işğal altında olan torpaqlaımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Qazanılan bu tarixi qələbə Azərbaycan dövlətinin strateji planlaşdırma qabiliyyətini, eləcə də xalq–ordu birliyinin real gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədən qalib çıxan Azərbaycan xalqı bir daha Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin uzaqgörənliyinə və tarixi əhəmiyyətinə şahidlik etdi. 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi xüsusi önəmin ifadəsidir. Bu qərar həmin siyasətin nə qədər məqsədyönlü və praqmatik olduğunu zamanın gedişində bir daha təsdiqlədi. Beləliklə, formalaşdırılan və inkişaf etdirilən Azərbaycan Ordusu bu tarixi zəfərdə həlledici rol oynadı və dövlətin gücünün əsas təminatçısı kimi özünü təsdiq etdi.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında formalaşan ordu quruculuğu və möhkəmlənən xalq–ordu birliyi bir daha xalqımızın, dövlətimizin gücünü, eləcə də bu sarsılmaz həmrəyliyin əzəmətini nümayiş etdirdi. Bizə zəfər sevincini yaşadan Silahlı Qüvvələrimizlə xalqımız haqlı olaraq fəxr edir. Çünki ordu dövlətimizin qüdrətinin və milli təhlükəsizliyimizin əsas təminatıdır.
Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

