Qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq
25.06.2026 [11:25]
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və dövlət başçılarının verdiyi bəyanatlar da bu əməkdaşlığın strateji xarakterini bir daha nümayiş etdirdi. Görüş zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi, qarşılıqlı etimad və dəstəyə əsaslandığı vurğulandı. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda türk dünyasının birliyinə xidmət edən mühüm amil kimi çıxış edir.
Müasir geosiyasi şəraitdə türk dövlətlərinin qarşılıqlı əlaqələrinin güclənməsi enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını praktik fəaliyyətləri ilə nümayiş etdirirlər.
Son illər ərzində Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması da türk dünyasında inteqrasiya proseslərinin sürətləndiyini göstərir. Azərbaycan bu təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin fəal iştirakçısı olmaqla yanaşı, təşkilatın inkişafına mühüm töhfələr verir.
Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin son illərdə yüksələn xətt üzrə inkişaf etməsi də məhz belə möhkəm hüquqi-siyasi təməllərə əsaslanır.
Qeyd edək ki, Prezident cənab İlham Əliyev enerji, nəqliyyat, logistika və ticarət sahələrində qarşılıqlı fəaliyyətin böyük perspektivlərə malik olduğunu bildirib. Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımaların həcminin artması, Şərq-Qərb və Orta Dəhliz marşrutlarının inkişafı fonunda Azərbaycan və Türkmənistanın əməkdaşlığı regionun geoiqtisadi əhəmiyyətini daha da artırır.
Prezident cənab İlham Əliyev çıxışında nəqliyyat sahəsini qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanlar və logistika imkanları Türkmənistan üçün də geniş əməkdaşlıq perspektivləri açır. Bu baxımdan iki ölkə arasında koordinasiyanın gücləndirilməsi həm region dövlətləri, həm də Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Qeyd edək ki, Bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyəti xüsusi vurğulanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

