Azərbaycan Ordusunun inkişafında yeni mərhələ
25.06.2026 [11:29]
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşması və güclənməsi dövlət quruculuğunun ən mühüm istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin bərqərar olunması ordu quruculuğu sahəsində də əsaslı dönüş yaratdı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması Silahlı Qüvvələrin sistemli şəkildə inkişafı üçün əlverişli şərait formalaşdırdı. Həmin dövrdən etibarən ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq hərbi əməkdaşlıq sahəsində mühüm addımlar atdı. Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu, daha sonra “Planlaşdırma və analiz prosesi” və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivəsində əməkdaşlığını genişləndirdi. Azərbaycan hərbçilərinin beynəlxalq təlimlərdə və sülhməramlı missiyalarda iştirakı ordunun peşəkarlıq səviyyəsinin yüksəlməsinə, NATO standartlarının mənimsənilməsinə mühüm töhfə verdi.
Ordu quruculuğunun mühüm istiqamətlərindən biri də hərbi təhsil sisteminin inkişafı oldu. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı illərdə ali hərbi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi milli zabit kadrlarının hazırlanmasında yeni mərhələnin başlanğıcını qoydu.
2003-cü ildən etibarən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsi, müasir silah və hərbi texnikaların alınması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi.
Ordumuzun döyüş qabiliyyəti müxtəlif dövrlərdə keçirilən uğurlu əməliyyatlarla öz təsdiqini tapdı. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək hazırlığını nümayiş etdirdi. Dördgünlük döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklər və ərazilər nəzarətə götürüldü, xalqın qələbə əzmi daha da möhkəmləndi.
2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı da ordumuzun növbəti uğuru kimi tarixə düşdü. Əməliyyat nəticəsində geniş ərazi nəzarətə götürüldü və dövlət sərhədlərinin müdafiəsi baxımından əlverişli mövqelər əldə edildi.
Azərbaycan Ordusunun qüdrəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, otuz ilə yaxın davam edən işğala son qoyuldu. Ordumuz yüzlərlə yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətə malik şəhər və kəndləri azad edərək tarixi Zəfər qazandı.
Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, dövlət-xalq-ordu həmrəyliyinin və Silahlı Qüvvələrimizin yüksək peşəkarlığının parlaq təzahürü oldu. Bu Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi gələcək nəsillərə örnək olaraq qalacaqdır.
Azərbaycan Ordusu müasir silahlanmaya, yüksək döyüş hazırlığına və peşəkar kadr potensialına malik qüdrətli hərbi güc kimi ölkəmizin təhlükəsizliyinin və dövlət müstəqilliyinin etibarlı təminatçısıdır.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

