NASA pambıq şəkərindən az sıxlığı olan iki ekzoplanet kəşf edib
25.06.2026 [20:33]
Astronomlar eyni ulduzun ətrafında fırlanan rekord dərəcədə aşağı sıxlığa malik iki nəhəng ekzoplanetdən ibarət qeyri-adi bir sistem kəşf ediblər. ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) məlumatına görə, bu kəşf elm adamlarına planet sistemlərinin necə əmələ gəldiyini daha yaxşı başa düşməyə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, NASA-nın məlumatına görə, sözügedən ekzoplanetlər Yer kürəsindən təxminən 1110 işıq ili məsafədə, Volanlar bürcündə (“Uçan balıqlar”) yerləşən TOI-791 b və TOI-791 c adlanır. Hər iki planet ölçülərinə görə Yupiterlə müqayisə edilə bilər, lakin kütlələri xeyli kiçikdir.
Tədqiqatçılar TOI-791 b-nin orta sıxlığının kubsantimetrə təxminən 0,038 qram, TOI-791 c-nin isə kubsantimetrə təxminən 0,047 qram olduğunu müəyyən ediblər. Bu dəyərlər pambıq şəkərinin sıxlığı ilə müqayisə edilə bilər və Yupiterin sıxlığından on dəfə aşağıdır. Yeni obyektlər ən “yüngül” məlum planetlər arasında yer alır.
Kəşf planetlərin diskinin önündən keçərkən ulduzun parlaqlığında olan dəyişiklikləri qeydə alan “Transiting Exoplanet Survey” peykindən (TESS) istifadə yolu ilə edilib.
Sistemin orbital konfiqurasiyası xüsusilə maraqlıdır. Planetlər qravitasiya baxımından sıx bağlıdır və bir-birinə təsir göstərir, bu da tədqiqatçılara onların kütlələrini dəqiqləşdirməyə və qeyri-adi dərəcədə aşağı sıxlığını təsdiqləməyə imkan verir.
Alimlərin fikrincə, planetlərin dolğun quruluşu kütləvi hidrogen-helium qabıqlarının olması ilə izah edilə bilər. Gələcəkdə “James Webb” kosmik teleskopundan istifadə edərək aparılacaq müşahidələr bu hipotezi sınamağa kömək edəcək.
Tədqiqatın nəticələri planet sistemlərinin təkamülünü və qaz nəhənglərinin əmələ gəlmə mexanizmlərini öyrənmək üçün yeni imkanlar açır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

