/ / "Elm və təhsil bir-birini tamamlamalıdır" – Fizika üzrə fəlsəfə doktoru Murad Cahangirovla müsahibə
"Elm və təhsil bir-birini tamamlamalıdır" – Fizika üzrə fəlsəfə doktoru Murad Cahangirovla müsahibə
28.06.2026 [10:33]
Elm sahəsində uğur qazanmaq yalnız dərin bilik deyil, həm də illərlə davam edən zəhmət, ardıcıl araşdırmalar və böyük əzmkarlıq tələb edir. Bu dəfə həmsöhbətimiz fizika üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Telekommunikasiya kafedrasının dosenti Murad Muxtar oğlu Cahangirovdur. O, təhsil və elmi fəaliyyətə gedən yolundan, beynəlxalq layihələrdə qazandığı uğurlardan, pedaqoji fəaliyyətindən və gələcək elmi hədəflərindən danışıb.
– Murad müəllim, əvvəlcə özünüz və təhsil yolunuz haqqında məlumat verməyinizi istərdik.
– Mən 1986-cı ildə Saatlı rayonunda anadan olmuşam. Orta təhsilimi 1993–2004-cü illərdə almışam. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə qəbul olunmuş, 2008-ci ildə bakalavr təhsilimi başa vurmuşam. Elə həmin il magistratura pilləsində "Yarımkeçiricilər fizikası" ixtisası üzrə təhsil almağa başlamışam. 2008–2009-cu illərdə hərbi xidmət keçdikdən sonra magistr təhsilimi davam etdirərək 2011-ci ildə magistr dərəcəsi almışam.
– Elmi fəaliyyətinizə necə başlamısınız?
– 2011-ci ildə AMEA-nın Radiasiya Problemləri İnstitutunda əmək fəaliyyətinə başlamışam. Əvvəlcə "Cihazların Radiasiya Fizikası" laboratoriyasında baş laborant, daha sonra isə "Yarımkeçiricilərin Radiasiya Fizikası" laboratoriyasında elmi işçi kimi çalışmışam. Bu müddətdə həm də doktorantura təhsili almışam.
– Elmi dərəcənizi necə əldə etmisiniz?
– Doktorantura təhsilimi "Radiasiya materialşünaslığı" ixtisası üzrə başa vurmuşam. Dissertasiya tədqiqatımı həm AMEA-nın Radiasiya Problemləri İnstitutunda, həm də Belarus Dövlət Universitetində yerinə yetirmişəm. 2018-ci ildə dissertasiya işimi uğurla müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.
– Hazırda hansı istiqamətdə fəaliyyət göstərirsiniz?
– 2019-cu ildən Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyət göstərirəm və hazırda Radiotexnika və Telekommunikasiya kafedrasında dosent vəzifəsində çalışıram. Eyni zamanda, 2022-ci ildən Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında da elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm.
– Beynəlxalq layihələrdə iştirakınız barədə nə deyə bilərsiniz?
– Elmi fəaliyyətim dövründə iki beynəlxalq qrant müsabiqəsinin qalibi olmuşam. Hazırda isə üçüncü beynəlxalq qrant layihəsinin icrasında iştirak edirəm.
– Elmi nəşrləriniz barədə məlumat verərdiniz.
– Bu günə qədər beynəlxalq və yerli elmi jurnallarda 18 məqalə, 26 tezis olmaqla ümumilikdə 44 elmi əsərim çap olunub. Yerli və beynəlxalq elmi konfranslarda mütəmadi məruzələrlə çıxış edirəm.
– Hansı mükafat və təltiflərə layiq görülmüsünüz?
– 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş "Ən yaxşı elmi tədqiqat işi" müsabiqəsinin qaliblərindən biri olmuşam. 2019-cu ildə isə fəal elmi-ictimai fəaliyyətimə görə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar İttifaqı tərəfindən Gənclər Günü münasibətilə diplomla təltif edilmişəm. Bundan başqa, müxtəlif elmi fəaliyyətimə görə çoxsaylı diplom və sertifikatlarla mükafatlandırılmışam.
– Universitetdə hansı inzibati və ictimai vəzifələri icra etmisiniz?
– 2021–2026-cı illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin Elmi Şurasının katibi, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışmışam.
– Hazırda əsas elmi hədəfiniz nədir?
– 2021–2026-cı illərdə elmlər doktoru proqramında təhsil almışam. Hazırda dissertasiya işimi tamamlamışam və müdafiəyə təqdim etmək üzrəyəm. Bununla yanaşı, həm elmi tədqiqatlarımı, həm də gənc tədqiqatçıların hazırlanması istiqamətində fəaliyyətimi davam etdirirəm.
– Sonda gənclərə nə tövsiyə edərdiniz?
– Elm səbr, zəhmət və davamlı inkişaf tələb edir. Gənclərə tövsiyəm odur ki, daim öyrənsinlər, araşdırsınlar və qarşılarına qoyduqları məqsəddən geri çəkilməsinlər. Uğurun əsas açarı bilik və əzmkarlıqdır.
- Bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirik.
- Sağ olun.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30

