AZAL 2026-cı ilin ilk altı ayında əməliyyat göstəricilərini yaxşılaşdırıb
09.07.2026 [17:20]
“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.
AZAL-dan AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4 faiz artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8462 reys yerinə yetirilib (7 faiz artım göstərərək). Onlardan 6566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7 faiz artıb. Həmçinin orta yüklənmə faktoru 79 faiz, punktuallıq göstəricisi isə 81 faiz təşkil edib.
2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.
Eyni zamanda, donanmaya 3 yeni nəsil “Airbus” təyyarəsi – 2 “Airbus A320neo” və AZAL tarixində ilk “Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.
Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.
Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı “Stopover” xidmətinin əlavə edilməsi imkanını yaradıb, “Rental Car” xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün “Alipay” və “WeChat Pay”, Özbəkistan vətəndaşları üçün isə “HUMO” və “UZCARD” ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, “Bakcell” ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.
Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

