İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür
20.07.2026 [23:41]
İran Xarici İşlər Nazirliyinin və danışıqlar prosesində nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı bildirib: “Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür”.
AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, Bəqai paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, vasitəçi ölkələrin İrana müəyyən mesajlar çatdırdığını bildirib və deyib: “Əgər milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların yenidən başlaması mümkündür. “Danışıqlar və ya müharibə, diplomatiya, yaxud hərb” dilemması ölkəmizə fayda vermir. İran öz maraqlarını bəzən müdafiə vasitələri ilə, bəzən də diplomatiya yolu ilə qoruyur”.
XİN sözçüsü Hörmüz boğazı ilə bağlı İranın bu ərazidə suverenliyinin danışıqlara açıq olmadığını bildirib və əlavə edib: “Gördüyümüz tədbirlərlə Hörmüz boğazı üzərində suverenliyi bərqərar etmək əzmindəyik. Hörmüz boğazının İranın milli təhlükəsizliyini təhdid etmək üçün istifadə edilməsinə icazə verməməliyik”.
Bəqai İran ilə ABŞ arasında imzalanan anlaşma memorandumunun müddəalarının şərhə açıq olmadığını və Vaşinqtonun öz öhdəliklərini pozması üçün heç bir bəhanə görmədiyini bildirib. O, ABŞ-nin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İranın da adekvat cavab verəcəyini bir daha təkrarlayıb.
İranın daxili işlər naziri İsgəndər Möminin Pakistana səfərinə toxunan Bəqai bildirib ki, ancaq iki ölkənin rəsmilərinin iştirak edəcəyi görüşlərdə müvafiq nazirliklərin vəzifə və məsuliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

