Həqiqətin işığında – 151 il
22.07.2026 [10:47]
22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərdən biridir. Bu tarix milli mətbuatımızın yaranmasının, söz və fikir tariximizin yeni mərhələsinin başlanğıcı kimi qeyd olunur. 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymuş, xalqın maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai fikrin inkişafında misilsiz rol oynamışdır
Bu il Azərbaycan milli mətbuatı özünün 151 illiyini qeyd edir. Bir əsrdən artıq tarixi inkişaf yolu keçən milli mətbuatımız zamanın sınaqlarından uğurla çıxaraq cəmiyyətin tərəqqisinə, dövlətçiliyimizin möhkəmlənməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla təkcə ilk milli mətbuat orqanının əsasını qoymadı, həm də xalqın maariflənməsi, elmə, təhsilə və müasir düşüncəyə yiyələnməsi istiqamətində böyük bir hərəkatın başlanğıcını qoydu. O, mətbuatı cəmiyyətin aynası, xalqın inkişafına xidmət edən ən təsirli vasitələrdən biri hesab edirdi. “Əkinçi” qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli oyanışın, ana dilinin inkişafının və milli şüurun formalaşmasının əsas ideoloji məktəbinə çevrildi.
Sonrakı illərdə Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdən keçərək çətin, lakin şərəfli inkişaf yolu qət etdi. Xüsusilə sovet dövründə mətbuat ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, milli jurnalistika ənənələri qorunub saxlanıldı və peşəkar jurnalistlər nəsli yetişdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Onun respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, milli jurnalist kadrlarının hazırlanması və Azərbaycan dilində nəşrlərin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Mətbuatın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, jurnalist əməyinə verilən dəyər həmin dövrün mühüm xüsusiyyətlərindən olmuşdur.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Lakin ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət mətbuatın fəaliyyətinə də mənfi təsir göstərirdi. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi söz və mətbuat azadlığının təmin edilməsini ön plana çəkdi.
1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi ölkə mətbuatı tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar söz və fikir azadlığının genişlənməsinə, müstəqil medianın formalaşmasına və demokratik dəyərlərin inkişafına ciddi təkan verdi. Sonrakı illərdə kütləvi informasiya vasitələrinin qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Milli Mətbuat Gününün dövlət səviyyəsində qeyd olunması da məhz Ümummilli Liderin milli mətbuata verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. İnformasiya cəmiyyətinin tələblərinə uyğun olaraq medianın modernləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, jurnalistikanın peşəkarlığının artırılması və media sahəsində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ölkəmizdə media sahəsində idarəetmənin təkmilləşdirilməsi, jurnalistlərin peşə hazırlığının artırılması, media subyektlərinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə yeni institusional mexanizmlər yaradılmış, media qanunvericiliyi müasir dövrün çağırışlarına uyğun yenilənmişdir. Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər milli informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına, peşəkar və məsuliyyətli jurnalistikanın inkişafına xidmət edir.
Azərbaycan jurnalistləri xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. Bu gün milli media Azərbaycanın qazandığı uğurların, həyata keçirilən islahatların, regionda yaranan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm missiya daşıyır.
Müasir dövrdə sürətlə inkişaf edən informasiya texnologiyaları jurnalistikanın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Operativliklə yanaşı, dəqiqlik, obyektivlik, peşəkarlıq və milli maraqlara sədaqət Azərbaycan mediasının əsas fəaliyyət prinsipləri olaraq qalır. Milli mətbuat yalnız xəbər yayan vasitə deyil, həm də cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ideyalarının təbliğinə xidmət edən mühüm ictimai institutdur.
151 illik şərəfli yol keçən Azərbaycan milli mətbuatı bu gün də Həsən bəy Zərdabinin müəyyən etdiyi prinsiplərə – həqiqətə, maarifçiliyə, xalqa xidmət və milli dəyərlərə sadiqlik ənənələrini yaşadır. Keçmişdən gələn zəngin irs, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti sayəsində Azərbaycan mediası müasir dövrün çağırışlarına uyğun inkişaf edərək ölkəmizin tərəqqisinə və dövlət müstəqilliyinin möhkəmlənməsinə öz layiqli töhfəsini verməkdə davam edir.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri və söz adamlarını ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, obyektivlik, yaradıcı nailiyyətlər və daim həqiqətin işığında olmağı arzulayırıq.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

