Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan İdman Akademiyasında ingilisdilli ixtisaslar üzrə müsahibələr başlayır

Azərbaycan İdman Akademiyasında ingilisdilli ixtisaslar üzrə müsahibələr başlayır

12.08.2026 [13:50]

Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman menecmenti və kommunikasiya” və “Məşqçilik” ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün müsahibələrə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, idman menecmenti və kommunikasiya ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi baldan ən azı 70 bal toplamalı və Akademiyada yaradılmış komissiyanın keçirdiyi müsahibədən uğurla keçməlidirlər.

Tədrisi ingilis dilində olan məşqçilik ixtisası üzrə isə müsabiqəyə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi baldan azı 40-nı toplayan və komissiyanın təşkil etdiyi müsahibədən müvəffəqiyyətlə keçən abituriyentlər buraxılırlar.

Müsahibələr avqustun 12-dən 17-dək hər gün saat 09:00-dan 17:00-dək Azərbaycan İdman Akademiyasının konfrans zalında keçirilir.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31