Binəqədi rayonunda “Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilib
02.10.2013 [10:09]
Tədbir çərçivəsində 120 nəfər ahıl rayon sakininə bayram hədiyyəsi təqdim edilib
Dünən Binəqədi rayonunda “Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilib. Rayon sakini olan ahıllar üçün “Aqora” şadlıq sarayında keçirilən tədbirdə Böyük Vətən Müharibəsinin iştirakçıları, milli qəhrəman və şəhid valideynləri, ağsaqqallar və ağbirçəklər ictimai birlik rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov ahıllara dövlət qayğısından bəhs edərək Ümummilli liderimiz Heydər Əliyevin daim yaşlı insanlara diqqət göstərdiyini bildirib. Natiq eyni zamanda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də yaşlı nəslin qayğıları və problemlərini daim diqqət mərkəzində saxladığını vurğulayıb. 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanmasına, həmçinin son 10 ildə yaşa görə əmək pensiyalarının baza hissəsinin dəfələrlə artırılmasına toxunan V.İsmayılov bu addımları yaşlı həmvətənlərimizə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirib.
Daha sonra Böyük Vətən müharibəsi, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Hacıyev, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və digər çıxışçılar yaşlı insanların mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunmalarına toxunub və bunun üçün dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışçılar Binəqədi rayon İcra Hakimiyyətinin də yaşlı insanların problemlərinə daim qayğı ilə yanaşdığını bildiriblər.
Tədbir çərçivəsində 120 nəfər ahıl rayon sakininə bayram hədiyyəsi təqdim edilib. Yaşları 100-dən artıq olan uzunömürlü rayon sakinlərinə isə evlərində baş çəkilib, onlar da Ahıllar günü münasibətilə təbrik ediliblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

