Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Ötən il Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

Ötən il Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

12.01.2018 [10:08]

Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ötən il ərzində ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edib
Müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Şübhəsiz ki, burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və müasir çağırışlara uyğun, düzgün strateji kursun, yəni daxili və xarici siyasətin həyata keçirilməsidir.
O da qeyd edilməlidir ki, mürəkkəb beynəlxalq münasibətlər şəraitində milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu xarici siyasətin fonunda Azərbaycanın mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursunu davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Başqa sözlə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir.
Qarşılıqlı səfərlər Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafına təkan verib
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2017-ci ildə də Azərbaycanın beynəlxalq təmasları olduqca intensiv olub və bu, ölkəmizin ikitərəfli, çoxtərəfli əlaqələrinin inkişafına mühüm töhfələr verib. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2017-ci ildə əldə edilən nailiyyətlərdən bəhs edərkən diqqətə çatdırıb ki, bizim beynəlxalq əlaqələrimiz bu il daha da genişləndi: “Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də. Bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir”.
Ötən il ərzində Azərbaycanın dünya ölkələri ilə çoxşaxəli münasibətlərinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, digər ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri xüsusi rol oynayır. 2017-ci ildə dövlətimizin başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşaya, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla yanaşı, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərinin qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi töhfələr verib. Digər tərəfdən, Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan Prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub. Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali Prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar
Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il 20-dən çox xarici səfər edib. Dövlətimizin başçısı bu məqama toxunaraq bildirib ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır.
Azərbaycanın regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması ölkəmizin nüfuzunun artmasında ifadə olunub
Azərbaycanın ötən il ərzində regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da ölkəmizin nüfuzunun artması müsbət təsir göstərib. Qeyd edək ki, Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar olan ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edib. Dünya Gömrük Təşkilatının baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, Dünya Turizm Təşkilatının baş katibi, Parlamentlərarası İttifaqın baş katibi, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi, İqtisadi Əməkdaşlıq təşkilatının baş katibi, Cənubi Asiya regional əməkdaşlıq təşkilatının baş katibi, ISESCO-nun baş katibi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, UNESCO-nun baş direktoru və ATƏT Parlament Assambleyasının sədri ölkəmizə səfər ediblər.
Bütövlükdə, 2017-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri daha da inkişaf edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 2248 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30