Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır
28.09.2024 [23:12]
Türkiyə hökuməti 2100-cü ilə qədər ölkənin iqlim modelini hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri, professor Xəlil Hasar Ankarada jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni ekoloji model 40 müxtəlif ekoloji amili nəzərə alacaq. Qeyd olunub ki, bu 3 kvadratkilometr ərazidə ekoloji proseslərin təsirini proqnozlaşdırmağa imkan verəcək.
“Türkiyənin iqlim modelinin dünyada analoqu yoxdur”, - deyə Hasar bildirib. O qeyd edib ki, hazırda dünyada böyük ərazi sahələrinin ekoloji parametrlərinin modelləşdirilməsi aparılır ki, bu da təbii fəlakətlərin nəticələrinin proqnozlaşdırılmasına kömək edir. “Məsələn, 10 kvadratkilometrə qədər ölçüdə ərazilərin ekoloji modelləri tərtib edilir. Bu, xüsusilə şəhərsalmada kömək edir. Səlahiyyətlilərdə sel, daşqın, sürüşmə, zəlzələ və s. nəticəsində dəyən ziyanı minimuma endirmək üçün ayrı-ayrı yaşayış məntəqələrinin infrastrukturunun tam olaraq necə formalaşmasının lazım olduğuna dair aydın təsəvvür formalaşdırılır”, - deyə Hasar izah edib.
İdarə rəhbəri vurğulayıb ki, planetin dəyişən ekologiyasına maksimum hazır olmaq vacibdir.
O, daha sonra Türkiyə Hökumətinin İqlim Dəyişmələrinə Uyğunlaşma üzrə Strategiya və Fəaliyyət Planı hazırlamasına diqqət çəkib. “Bu Strategiya müxtəlif dövlət qurumlarına konkret vəzifələr tapşırır. Ətraf mühitin mühafizəsi sahəsində 40 istiqamət üzrə tədbirlər və 129 konkret tədbir nəzərdə tutulub”, - deyə professor məlumat verib.
Aralıq dənizi regionunda yerləşən dövlətlərin iqlim dəyişmələrinin təsirini xüsusilə güclü hiss etdiyini qeyd edən Hasar əlavə edib ki, alimlərin hesablamalarına görə, 2023-cü ildə planetdə havanın orta temperaturu 1,45 dərəcə yüksək olub ki, bu da birbaşa istixana qazı emissiyalarının buraxılması ilə əlaqəlidir.
“Ekoloji problemlərin həllində xüsusi məsuliyyət atmosferə mənfi təsir göstərən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin üzərinə düşür", - deyə idarə rəhbəri bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın enerji tutumlu sahələri bu gün dövlətlərin texnoloji inkişafının lokomotivi hesab olunur ki, bu da zərərli maddələrin emissiyalarının həcminin artması deməkdir. “Atmosferə atılan istixana qazlarının üçdəbiri tək Çinin payına düşür. Hindistanın da payı yüksəkdir. Eyni zamanda, inkişaf etmiş ölkələr ətraf mühitə mənfi təsirləri tədricən azaldır, inkişaf etməkdə olan ölkələrin isə buna gücü çatmır. Məsələn, ABŞ artıq bütün zərərli emissiyaların 25 faizini deyil, 12-13 faizini təşkil edir”, - deyə professor qeyd edib.
Hasar hesab edir ki, bərpa olunan enerji mənbələri ənənəvi enerji resurslarını tam əvəz edə bilmir. Onun sözlərinə görə, iki il əvvəl Türkiyədə Günəş elektrik stansiyaları 6 QVt enerji istehsal edirdisə, bu gün bu rəqəm 15 QVt-a çatıb. Eyni zamanda, Türkiyədə elektrik enerjisinin 28 faizi su elektrik stansiyalarının payına düşür.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

