Yaxın Şərq yeni dünya qarşıdurmasının nüvəsi rolunda...
02.10.2024 [08:52]
1945-ci ilin bu günündə bitən qanlı müharibə yenidən başlayacaqmı?
Son 50 ildə İsrail ilə Livan arasındakı gənginliyin 4-cü fazası başlayıb. Artıq bir neçə gündür davam edən lokal bombardmanlar, hədəflərin vurulması yeni quru əməliyyatı ilə əvəz edilib. Belə ki, İsrail hərbi qüvvələri Livanla sərhəddə cəmləşib. Quru əməliyyatına dünən səhər saatlarından başlanılıb və Livanın cənub hissəsini əhatə edir.
Livan tarixinin ən təhlükəli mərhələsi...
Livanın baş naziri Nəcib Mikati bildirib ki, ölkəsi tarixinin ən təhlükəli mərhələlərindən biri ilə üzləşib. O, İsrailin hava hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 1 milyondan çox insana yardım üçün müraciət edib.
Qeyd edək ki, Livan ordusu İsrail sərhədindəki bəzi müşahidə məntəqələrini köçürdüyünü açıqlayıb. Rəsmi Təl-Əvivin lokal adlandırdığı əməliyyatın Livandan əldə etdiyi məlumatlar əsasında aparıldığı bildirilib.
İsrail ordusunun məqsədi...
Xəbər agentliklərinin yazdığına görə isə, sentyabrın 23-dən başlanan gərginliklər zamanı ən azı 1200 nəfər livanlı həyatını itirib. Bombardman zamanı Livanın cənubunda yerləşən və “Hizbullahın şərq qalası” sayılan Bekaa vadisinə qədər bir çox yerlər hədəfə alınıb. Təl-Əviv günlərdir gözlənilən əməliyyat ilə yeni cəbhə açdığını, Livanın cənubunda “məhdud, yerli və hədəfli” əməliyyat keçirəcəyini bildirib. İsrail ordusu quru əməliyyatı ilə “Hizbullah” döyüşçülərini Litani çayının şimalına çəkmək istəyir.
Hizbullah məsuliyyəti üzərinə götürdü
Livanın ən böyük hərbi gücü, arsenalında on minlərlə döyüşçüsü və 150 minə yaxın raketi olduğu təxmin edilən “Hizbullah” qruplaşması isə birbaşa İsrail quru qoşunlarını hədəfə aldığını açıqlayıb. Hizbullaha yaxınlığı ilə tanınan Əl Meyadin televiziyası İsrail əsgərlərinin sərhəd xəttində yerləşən Şutula bölgəsində artilleriya atəşinə məruz qaldığını xəbər verib. Bildirilib ki, quru hücumu əsasən Vezzani, Hıyam kimi yerlərə artilleriya atəşi ilə başlayıb. Mercayun sərhəd xəttində isə sıx hava hücumları davam edib.
“Hizbullah” İsrailin mərkəzinə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, qruplaşma İsrail ordusunun 8200-cü bölməsi və Mossad qərargahının yerləşdiyi Herzliya yaxınlığındakı Glilot bazasına “Fadi-4” raketləri atdığını elan edib. İsrail ordusu isə Livanın cənubunda yerləşən “Hizbullah” bazalarını hədəf alacağını və Livan xalqına qarşı müharibə olmadığını açıqlayıb. Ordu sözçüsü kontr-admiral Daniel Hagari bildirib ki, “zərbələrimiz sərhədimiz boyunca İsrail şəhərlərini təhdid edən “Hizbullah” qalalarını hədəf alacaq”.
İsrail ordusu İsrailin şimalında Livan sərhədinə yaxın Metula, Misgav Am və Kfar Giladi ətrafındakı əraziləri “qapalı hərbi bölgə” elan edərək, bu ərazilərə girişin qadağan olunduğunu açıqlayıb.
Türkiyə qeyri-qanuni işğal sayır, ABŞ İrana xəbərdarlıq edir...
Türkiyənin Xarici İşlər Nazirliyi Livan-İsrail qarşıdurması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, İsrailin Livana qurudan hücum edərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozması qeyri-qanuni işğal cəhdidir.
Bu arada ABŞ-dan İrana xəbərdarlıq edilib. Belə ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə telefon danışığında İranı hədələyib. Ostin telefon danışığında İranı birbaşa xəbərdar edib və İsraillə müharibəyə getmənin ciddi nəticələrə yol açacağını bildirib.
İngiltərə evakuasiyalara başladı
Kipr adasındakı Akrotiri bazasında hazırlıq prosesi başladan İngiltərə Livandan hava təxliyyə əməliyyatına başlayıb. İngiltərə Xarici İşlər Nazirliyi Livandan çıxarılacaq Britaniya vətəndaşları üçün ticari sərnişin təyyarəsinin icarəyə götürüldüyünü açıqlayıb. Təxliyyə zamanı ilk olaraq həssas sərnişinlərə üstünlük verilib. Livandan evakuasiyaları dəstəkləmək üçün Kiprə 700 nəfərlik qüvvə göndərilib.
BMT açıqlama yaydı
Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada isə 1978-ci ildən Livanda xidmət edən sülhməramlıların qarşıdurmalar səbəbilə sərhəd patrul xidməti həyata keçirə bilmədikləri bildirilib. BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, 10 mindən çox şəxsi heyətdən ibarət sülhməramlı qüvvələr qarşılıqlı artilleriya atəşi səbəbindən mövqelərini dəyişə bilməyiblər.
BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) Livanda artan ehtiyaclarla bağlı yazılı açıqlama yayıb. Bəyanatda bildirilib ki, BMT və Livandakı humanitar yardım tərəfdaşlarımız Livan hökuməti ilə birlikdə üç aylıq təcili yardım kampaniyası başladıb. Ölkədə sürətlə artan humanitar ehtiyacları qarşılamaq üçün kampaniya beynəlxalq donorlardan 426 milyon dollar tələb edərək 1 milyon insana humanitar yardım göstərmək məqsədi daşıyır.
Livanda son iki həftədə artan gərginlik nəticəsində bir çox insanın həyatını itirdiyi və köçkünlük dalğasının yaşandığı vurğulanan bəyanatda həm də 6 mindən çox insanın yaralandığı qeyd edilib: “Livan rəsmilərinin məlumatına görə, keçən ilin oktyabr ayından bəri böhrandan birbaşa təsirlənən və ya köçkün düşmüş təqribən 1 milyon insan var (rəqəm son iki həftədə sürətlə artıb)”.
NATO siyasi həlli dəstəkləyir...
Dünən NATO-nun baş katibi postunu Mark Rutteyə təhvil verən Yens Stoltenberq isə NATO-nun Livandakı vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirib. O, müttəfiqlərin həm Qəzzada, həm də Livanda gərginliyin azaldılması və siyasi həllə nail olunması səylərini dəstəklədiyini deyib.
79 il əvvəl bitdiyi gün yenidən başlayır...
Qərbin aparıcı analitikləri Yaxın Şərqdə baş verənləri yeni dünya müharibəsinin birinci tsikli kimi izah edir. Hazırda dünyada bir neçə hərbi, siyasi və ideoloji xəttin “rəqibə” çevrilməsi fonunda ilkin mərhələ kimi Yaxın Şərqdə “sütunların bərkidilməsi” işinə başlandığı bildirilir. Diqqət çəkən məqamlardan biri isə Yaxın Şərqin əsas döyüş meydanına çevrilməsi tarixidir - belə ki, oktyabrın ilk iki günündə başlanan bu mübarizə yaddaşları bir az geriyə fokuslayır:
- 1945-ci ilin oktyabrın ilk günlərində II Dünya müharibəsi rəsmən sona çatmışdı;
-1946-cı ilin oktyabrın 1-də isə nasist liderlərinə Nürnberq prosesində hökm oxunmuşdu.
Beləliklə, dünya hegemoniyası uğrunda mübarizə deyəsən 79 ildən sonra bitdiyi gündən yenidən başlayır. Beynəlxalq analitik mərkəzlər başlama ehtimalı böyük olan III Dünya müharibəsini özündən əvvəlkilərlə müqayəsi etmək belə istəmirlər. Bu müharibənin hətta Yer kürəsi üçün bir son ola biləcəyi ehtimalı da istisna olunmur...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

