Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Niderlandlı nazir miqrantları Uqandaya göndərməyi təklif edib

Niderlandlı nazir miqrantları Uqandaya göndərməyi təklif edib

17.10.2024 [09:46]

Niderlandın miqrasiya naziri Reinet Klever sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların Uqandaya göndərilməsini təklif edib.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, ifrat sağçı Azadlıq Partiyasından olan nazir bu təklifi Uqandanın xarici ticarət naziri ilə görüşdən sonra səsləndirib.

“Biz miqrasiyanı tormozlamaq istəyirik. Buna görə də sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların ölkələrinə geri qaytarılması vacibdir. Amma bu məsələ ləngiyir. Bizim Uqanda ilə uzunmüddətli əlaqələrimiz və var və bura qonaqpərvər ölkədir” – deyə nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, ifrat sağçı Azadlıq Partiyası ötən il parlament seçkilərini qazanıb. Partiyanın seçkiqabağı platformasında “heç vaxt olmadığı kimi sərt” miqrasiya siyasəti yürütmək yer alırdı.

Ötən həftə Avropa İttifaqı ölkələri miqrantların deportasiyasına dair “innovativ üsulları” müzakirə edib. Bu üsullar arasında Aİ hüdudlarından kənarda miqrant düşərgələrinin yaradılması da yer alır.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30