Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveç polisi ağır cinayətlərin üstünü açmaqda çətinlik çəkir

İsveç polisi ağır cinayətlərin üstünü açmaqda çətinlik çəkir

17.10.2024 [12:09]

Maliyyələşdirmə və polis işçilərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, İsveçdə açılmış ağır cinayətlərin sayı müsbət tendensiyaya malik deyil.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildən etibarən idarənin maliyyələşdirilməsi 80 faiz, 2018-2023-cü illər arasında ağır cinayətlərə dair istintaq qruplarında çalışan işçilərin sayı isə 30 faizdən çox artıb. Bununla belə, Cinayətin Qarşısının Alınması Şurasının məlumatına görə, bütün dövr ərzində cinayətlərin açılması nisbəti 19 faiz səviyyəsində qalıb. Şuranın bəyanatına görə, bu inkişafı qismən onunla izah etmək olar ki, ağır cinayətlər xeyli çoxalıb və onların təhqiqatı çətinləşib.

“Kadrların sayının artması cinayətin dinamikası ilə müqayisədə çox gec baş verib və lazımi səriştələrə malik istintaqçıları tapmaq da çətinləşib. Vəziyyət Stokholm polis bölgəsində daha ciddidir, burada cinayətlərin artması tendensiyası digər bölgələrlə müqayisədə xeyli aşağı olub”, - deyə müstəntiq Kristin Franke Byörkman bildirib.

Bu arada, partlayışlar və atışmalar kimi ağır mütəşəkkil cinayətlərin üstünün açılması göstərilən dövr ərzində 27 faizdən 30 faizə yüksəlib.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30