Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qəmər adalarında vəba: Madaqaskar dəniz əlaqələrini dayandırıb

Qəmər adalarında vəba: Madaqaskar dəniz əlaqələrini dayandırıb

18.10.2024 [23:34]

Qəmər adalarında vəba xəstəliyinin yenidən artması Madaqaskar Nazirlər Şurasını bu adalarla dəniz əlaqələrini dayandırmağa vadar edib.

AZƏRTAC xəbər verir ki, Madaqaskar və Qəmər adaları arasında dəniz nəqliyyatı yenidən dayandırılıb.

Qərar Nazirlər Şurasında Şərqi Afrika və Afrika Buynuzu bölgəsində vəba xəstələrinin sayının artması ilə bağlı səhiyyə orqanlarının göndərdiyi hesabatdan sonra qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, Qəmər adaları arxipelaqında, xüsusilə də Nqazidya adasında yoluxma hallarının sayında artım müşahidə olunub.

Naməlum müddət ərzində Qəmər adalarından gələn sərnişinlərin Madaqaskara daxil olması qadağan edilib. Bununla yanaşı, Mahajanqa dəniz, hava limanında riskli bölgələrdən gələn səyahətçilərlə bağlı nəzarət gücləndirilib və sağlamlıq tədbirləri aparılır. Adaya yalnız strateji yük gəmilərinin daxil olmasına icazə verilir. Lakin onların ekipajının Madaqaskara daxil olmasına icazə verilmir.

Qəmər adalarında vəba epidemiyasının başlanğıcında tətbiq edilmiş bu tədbir avqustun 28-də ləğv edilsə də, yoluxma sayı artdığından yenidən tətbiq edilib. Adalara məxsus 250 sərnişini olan “Acadie” gəmisi Mahajanqa sahillərində qalıb. Gəminin kapitanı malqaş hakimiyyətinin dəniz sərhədlərini bağlamaq qərarına gəldiyi qərardan xəbərsiz olduğunu bildirib.

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30