Süni intellektin tətbiqi xərçəngin aşkarlanmasını tezləşdirə bilər - TƏDQİQAT
20.10.2024 [11:23]
Süni intellekt sisteminin tətbiqi xərçəngin aşkarlanma sürətini artırır.
AZƏRTAC “Radiology” tibb jurnalına istinadla xəbər verir ki, Danimarkada süd vəzi xərçəngi üzrə tədqiqatların nəticələri bunu göstərir. Tədqiqat sübut edir ki, süni intellekt əksər mamoqrammaların təkrar oxunmasına ehtiyacı azalda bilər. Bu həm radioloqların iş yükünü azaldır, həm də mənfi-müsbət halları tam aydınlıqla aşkara çıxara bilir.
Danimarkanın Kopenhagen Universitetinin Kompüter elmləri departamentinin əməkdaşı Andreas Lauritzen bildirib ki, süni intellekt radioloqların işini üzərinə götürmür: “Əksinə, bu, onlara vaxlarını daha səmərəli işlərə ayırmağa kömək edir, yüksək riskli skrininqlərə və ya müəyyən xəstələr üçün diaqnostik tapşırıqlara diqqət yetirmək üçün vaxt sərfindən azad edir. Nəticələr isə erkən aşkarlamaya imkan verir”.
Kaliforniya Universitetinin dosenti Ami Li və Şimal-Qərb Universitetinin Feinberq Tibb Məktəbinin dosenti Sara Fridevald bildiriblər ki, mamoqrammaların yoxlanmasına ikiqat oxuma yanaşması dəqiqliyi təmin etsə də, iş yükünü və kadr problemini artırır. Onlar onilliklərlə klinik istifadədə olmasına baxmayaraq, kompüter dəstəkli aşkarlamanın dəqiqliyində heç bir irəliləyiş olmadığını xatırlayıblar: “Qıvrımlı neyron şəbəkələrinə əsaslanan müasir süni intellekt sistemləri kompüter dəstəkli aşkarlamadan üstün olsa da, eyni səhvlərin təkrarlanmasına yol vermək olmaz”.
Danimarkanın paytaxtındakı skrininq proqramında 2021-ci ilin noyabrında süd vəzi xərçənginin mövcud olma ehtimalına əsaslanaraq bir və ya ikiqat oxunuşlar üçün skrininq mamoqrammalarını avtomatik seçmək üçün süni intellekt tətbiq edilib. “Radiology” jurnalında nəşr olunan retrospektiv təhlil paytaxtın əksər tibb mərkəzlərini əhatə edib. Tək oxunuş üçün seçilmiş süni intellekt halları skrininqlərin təxminən 70 faizini əhatə edib. Müəyyən edilib ki, skrininq mamoqrammalarının oxunmasına sərf olunan iş yükü 33,5 faiz azalıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

