Denge qızdırmasına yoluxma hallarının sayı rekord həddə çatıb
23.10.2024 [20:11]
Dünya ən böyük denge qızdırması epidemiyası ilə mübarizə aparır. 2024-cü ildə 12,4 milyon hadisə qeydə alınıb. 2023-cü ildə bu rəqəm dünya üzrə 6,5 milyon olub.
AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 4 milyard insan denge qızdırması və onunla əlaqəli viruslara yoluxma riskinə məruz qalıb, 2050-ci ilə qədər isə onların sayı 5 milyarda çatacaq. ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus deyir ki, son illərdə xəstəliyin sürətlə yayılması narahatedici tendensiyadır.
Virusu yayan ağcaqanadlar artan urbanizasiyadan, eləcə də iqlim dəyişmələrindən faydalanır. Alimlərin fikrincə, eyni zamanda, piylənmə və digər xroniki xəstəliklərin yüksək göstəriciləri insanları daha həssas edir.
Oktyabrın 3-də ÜST “denge qızdırmasının artması”, Zika və çikungunya kimi eyni ağcaqanadlar tərəfindən yayılan digər xəstəliklərlə mübarizə üzrə qlobal strategiyaya start verib. Nəzarətdən tutmuş ağcaqanadlarla mübarizə səylərinə qədər plandakı tədbirlərə gələn il ərzində 55 milyon dollar tələb ediləcək.
Bu il və keçən il denge xəstəliyinə yoluxma hallarının çoxu Latın Amerikasında olub, yüksək rəqəmlər Afrika və Cənub-Şərqi Asiyanın bəzi bölgələrində də qeydə alınıb. Lakin infeksiyalar bütün dünyada, o cümlədən kontinental Avropada yaranır.
Oksford Universitetinin Ho Şi Min şəhərindəki klinik tədqiqat bölməsinin denge xəstəliyi üzrə tədqiqat qrupunun rəhbəri professor Sofi Yakub bildirib ki, dünya iqlim böhranı, artan miqrasiya və urbanizasiya da daxil olmaqla bir çox amillərin birləşməsi ilə üzləşir. İqlim dəyişmələri təkcə ağcaqanadların yeni ərazilərdə sağ qalmasına kömək etmir, həm də yeni çoxalma sahələri yaradaraq, daşqınlar kimi ekstremal hava hadisələrinə səbəb ola bilər. İstilik dalğaları virusu yayanların çoxalma dövrlərini sürətləndirə bilər.
Denge qızdırmasının müalicəsi yoxdur və adətən xəstəxanadakı qulluq orqanizmin infeksiya ilə mübarizə apardığı müddətdə bədəni dəstəkləyir.
Denge qızdırmasına qarşı iki peyvənd artıq bazara buraxılıb, lakin onlardan biri, “Dengvaxia” yalnız bundan əvvəl yoluxmuş insanlar üçün faydalıdır, əks halda, bu, ağır infeksiya riskini artıra bilər. Bu, xüsusilə kütləvi immunizasiya kampaniyaları üçün onun faydasını məhdudlaşdırır.
İkincisi – “Qdenga” daha perspektivli hesab olunur və Braziliyada denge qızdırması bölgələrində xəstəlik hallarına nəzarət etmək üçün istifadə edilir.
Hazırda yeni dərmanların olmadığına görə, xəstəlik bölgələrindəki bir çox insan çox vaxt səhiyyə mütəxəssislərinin məsləhəti ilə və elmi sübutların olmaması fonunda papaya çayı kimi ənənəvi vasitələrdən istifadə edirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

